Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.
Belə ki, "Toyoto" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman "VAZ 2107" markalı maşınla toqquşub. Daha sonra çılçıraq mağazasına çırpılıb.
Qəza nəticəsində "Toyoto" markalı avtomobildə xəsarət alanların kimliyi məlum olub.
Sürücüsü, 1971-ci il təvəllüdlü Əhmədov Elxan Sərvər oğludur. O, başının çoxsaylı kəsilmiş yaraları və sol əl barmaqlarının açıq sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Eyni zamanda həmin avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Əhmədzadə Ceyhun Əvəz oğlu alının əziyi xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxananın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, sürücü Elxan Əhmədovun vəziyyəti stabil-ağırdır. O, reanimasiya şöbəsindədir.