Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 7 yanvar, 2021
Bürclər

Bizimyol.info 2021-ci il 7 yanvar günü üçün ulduz falını təqdim edir:

Qoç - İşdə və şəxsi həyatda çətinliklər mümkündür. Vəzifə və öhdəliklərinizlə bağlı çox diqqətli olun. Bütün riskləri aradan qaldırmalısınız, əks halda hər şeyi bir anda itirə bilərsiniz.

Yalnız özünüzə etibar edin. Mümkün münaqişələri səmimi və mehriban söhbətlə yoluna qoymağa çalışın.

Buğa - Veneranın himayəsi altında aşiq olmaq hissi sizi tərk etmir. Hər şey sizin əlinizdədir. Bürcün subay nümayəndələri üçün bu sevgi ünsiyyət məmnunluğu və uğur gətirəcək.

Zehni gücünüzü və enerjinizi boş yerə xərcləməyin, əks halda bu, sizi hərəkətlərinizdə məsuliyyətdən və sonunda özünüzə inamdan məhrum edəcək.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər  - Əkizlər üçün maliyyə baxımından əlverişli bir gündür. Bəlkə köhnə borcunuz sizə qaytarılacaq, ola bilsin lotereyada udacaqsınız və ya dəyərli bir şey tapacaqsınız. Həmçinin sərfəli iş təklifi ala bilərsiniz.

Xərçəng - Ailə daxilində vəziyyət normallaşır, ancaq xoşagəlməz münasibətlər bir müddət davam edəcək, çünki günahların nəticələri dərhal aradan qalxmır.

Bəlkə də yaxınlarınızla ünsiyyət çətinliklərdən qaçmağa kömək edəcək. Bundan əlavə, yeni maraqlı tanışlıqlar dostluğa çevrilə bilər.

Şir bürcü Şir bürcü

Şir - Yaxşı düşünülmüş hərəkətlər mütləq uğur gətirəcək. Dostlar, qonşular, uzaq qohumlarla münasibətlərə diqqət yetirin - düşmənlərin məkrli hərəkətləri istisna deyil.

Fiziki məşq, səyahət və ya gəzinti, açıq havada işləmək məsləhət görülür.

Tərəfdaşlarınızdan görə biləcəyiniz əsassız şübhələr və ya diqqətsizlik şəxsi həyatınızda anlaşılmazlıqlara səbəb ola bilər.

Qız - Əvvəlki məyusluqlar və incikliklər arxada qaldı, yenidən fəallıq və enerji dalğası hiss edəcəksiniz. Həm işdə, həm də evdə hər cür qarşıdurmanın qarşısını almağa çalışın, çünki bu, yalnız sizi gücdən salan və yaxşı heç nə vəd etməyən məsələlərdir.

Bu gün karyeranızda uğur qazana bilərsiniz. Merkurinin himayəsi altında maddi vəziyyətiniz bir qədər yaxşılaşa bilər.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Ticarətdə Tərəzilər üçün uğurlu gündür. Yeni bir tanışlıq ciddi bir əlaqəyə çevrilə və uğurlu bir layihənin başlanğıcı ola bilər.

Romantik münasibətlərdə ehtiyatlı olan. Xırda zarafatlarınız da münaqişəyə çevrilə bilər.

Əqrəb - Ötən həftə göstərdiyiniz qətiyyət bu gün öz müsbət nəticələrini göstərməli və uğur qazanmağınıza şərait yaratmalıdır.

Ailə problemləri yenidən gündəmə gələcək və əhəmiyyətli xərclər tələb edəcək. Bunu təbii qəbul etməlisiniz. Bu gün yaxınlarınızın çüvrəsində və ya tək istirahət etmək yaxşı olar. Tanımadığınız adamlardan uzaq dayanın.

Oxatan - Sehrli bir gündür. Gördüyünüz bütün işlər uğur gətirəcək. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz yaxşılaşacaq. Çoxdan bəri davam edən bir istəyinizin həyata keçməsi mümkündür. Tale sizi müsbət anlamda gözlənilməz bir dönüşlə qarşılaya bilər.

Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Bu gün karyeranız üçün ən uğurlu gündür. Yəqin ki, şəxsi işlərinizdə uğur qazanacaqsınız.

Amma maddi məsələləri həll etmək asan olmayacaq. Uğursuz bir alış-veriş və ya əvvəllər götürülmüş öhdəliklər səbəbindən maddi vəziyyətinizin pisləşməsi mümkündür. Ətrafınızdakı insanları diqqət mərkəzində saxlayın.

Dolça - Gün öz mövqeyinizi, fikirlərinizi müdafiə etmək üçün əlverişlidir. Rəhbərliklə münasibətdə diqqətli olmağınız tövsiyə olunur.

Büdcənizi nəzərdən keçirmək faydalıdır. Bu dövrdə populyarlığınızı artıra və gələcəyə inam qazana bilərsiniz. Bu gün ortaya çıxan yaradıcı impulsunuz həyatınızı dəyişdirə bilər.

Balıq bürcü Balıq bürcü

Balıq - Bu gün şəxsi həyatınızda bir çox sürprizlər və çətinliklərlə üzləşə bilərsiniz.

Romantik görüşləri ləğv etmək daha yaxşıdır, çünki bir-birinizlə mübahisə edə bilərsiniz və aranızda narazılıq yarana bilər. Acı diliniz və qıcıqlandırıcı davranışınız vəziyyəti çətinləşdirəcək.

Maksimum rahatlıq və dincliyə ehtiyacınız olacaq. Həyat özü sizə problemlərdən düzgün çıxış yolunu göstərəcək. Bu gün mümkün qədər evdə oturmağa çalışın, bütün görüşləri və ziyarətləri ləğv edin. Fikirlərinizi toplasanız, yaxşı olar.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »