Rusiya və ABŞ arasındakı soyuq savaş illərdir davam edir. Zamanla tərəflər bir-birinə qarşı müxtəlif ittihamlar səsləndirir.
Bizimyol.info xəbər verir ki, ABŞ dronları Rusiya dəniz donanmasını və Krımdakı qüvvələrini hədəfə alıb. Bunu “Vzqlyad” nəşrinə hərbi ekspert Aleksey Leonkov deyib. O, dronların Rumıniyada yerləşdiyini bildirib.
“Bu ölkədəki MQ-9 pilotsuz uçuş aparatları amerikalıların qonşu dövlətlərlə qarşılıqlı təsirinə nəzarət edir. ABŞ dronların kəşfiyyat məqsədi ilə geniş istifadəsinə keçib. Bundan başqa, Ukraynanı ciddi şəkildə himayə edirlər. Amerikalılar son illər dronlarla nəzarət edəcək bölgələrin sayını da artırıblar”.
Leonkov ABŞ-ın Rusiyanın A2/AD zonasını nəzarətdə saxladığını deyib. Bu zonaya Kalininqrad, Murmansk, Sevastopol, Novorossiysk, Vladivostok, Petropavlovsk-Kamçatski, Moskva şəhərləri, Suriyadakı Xmeymim aviabazası daxildir. Leonkov bildirir ki, ABŞ bu zonanı “hədəfə almaq” üçün Bolqarıstan, Rumıniya, Ukrayna, Polşa və Baltikyanı ölkələrdəki obyektlərdən, avadanlıqlardan və hərbçilərdən istifadə etmək niyyətindədir.
“ABŞ Qara dənizdə Rusiyaya qarşı dayanmaq üçün daha çox Rumıniyaya güvənir. Burada müxtəlif növ hücumlardan müdafiə sistemləri üçün ayrıca yer var. Eyni zamanda həmin yerdə “Tomahavk” da yerləşdiriləcək”.

Leonkovun dediyinə görə, ABŞ pilotsuz uçuş aparatlarını Rumıniyanın qərbində, Transilvaniya bölgəsindəki Kluja rayonunda saxlayır. Hərbi ekspert niyə məhz Qara dəniz bölgəsinin seçilməməsini izah edib. Leonkov cavab zərbələrini dəf etmək üçün indiki mövqenin əlverişli olduğunu bildirib.