Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qasım Süleymaniyə görə ABŞ Konqresinə qarşı hücum planının üstü açılıb
Qasım Süleymani

İranın generalı Qasım Süleymaninin qətlə yetirilməsi bütün dünyada rezonans doğurmuşdu.

Buna görə İslam ölkəsinin ABŞ-dan qisas almaq istədiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Nyu-Yorkda aviadispetçerlər şübhəli audioyazı alıblar. Burada Qasım Süleymaninin qətlinə görə qisas məqsədilə terror aktı keçiriləcəyi deyilir.

Audioyazıda bildirilir: “Biz çərşənbə günü təyyarəni Konqres binasına yönəldəcəyik. Süleymaninin qisası alınacaq”.

“CBS News” hədə barədə reportaj hazırlayıb. ABŞ hökumətindən telekanala bildiriblər ki, bu işdə real təhlükə hiss olunmur. Amma ölkənin aviasiya tezliyinə qanunsuz daxil olma ilə bağlı araşdırma aparılacaq. Bütün dispetçerlərə marşrutundan yayınan təyyarələr barədə dərhal məlumat vermək tapşırılıb. Mütəxəssislərin fikrincə, təhlükə pilotlara verilən tapşırıqlarda da özünü göstərəcək. Yəni onlar vəziyyətə uyğun olaraq fərqli davrana bilərlər.

Telekanalın özəl mənbədən aldığı məlumata görə, yanvarın 6-sı təsadüfi tarix kimi seçilməyib. Həmin gün Senat üzvləri ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının birgə iclası keçirilməlidir. ABŞ-ın Federal Aviasiya İdarəsi bildirib ki, hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq şəraitində işləyirlər.

Federal Təhqiqat Bürosu məsələni şərh etmək istəməyib. Buna baxmayaraq, zorakılıq tərkibi olan bütün hədələrə ciddi yanaşıldığı qeyd olunub.

Bir həftə əvvəl “Fox” telekanalı ABŞ kəşfiyyatının Yaxın Şərqdə İrandan zərbə gözlədiyini açıqlamışdı. Vaşinqtonda İranın Qasım Süleymaninin qətlinə görə qisas almaq istəməsi barədə məlumat var. Zərbə həm yaxınmənzilli raketlərlə, həm də kvadrokopter adlanan dron növü ilə ola bilər. Məhz bu dronla 2019-cu ildə Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edilmişdi.

Qasım Süleymani 2020-ci ilin yanvarın 3-də qətlə yetirilmişdi. O, İraqın paytaxtı Bağdadda ABŞ-ın pilotsuz təyyarəsindən endirilən dəqiq qərbə ilə öldürülmüşdü. Hücum nəticəsində generalın hərəkət etdiyi avtomobil karvanı sıradan çıxarılmışdı. Vaşinqton Süleymanini İraqdakı amerikalı diplomatlara hücumlar hazırlamaqda ittiham edirdi.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »