London məhkəməsi Wikileaks-ın qurucusu Сulian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib.
“RİA Novosti” xəbər verir ki, Assanj ABŞ-ın onun ekstradisiyasına dair apellyasiya müraciətinə baxılanadək həbsdə qalacaq.
2010-cu ildə İsveçdə cinsi təcavüzdə günahlandırılan Assanj ekstradisiyadan qorxaraq bir neçə il Londondakı Ekvador səfirliyində gizlənib. 11 aprel 2019-cu ildə onu ABŞ-ın sorğusu əsasında həbs ediblər.
O vaxtdan bəri Assanj ciddi rejimli həbsxanada saxlanılır. Onun ekstradisiyasına dair məhkəmə 2 may 2019-cu ildə başlayıb. Bundan qısa müddət sonra ABŞ Assanja qarşı yeni ittihamlar irəli sürüb.
ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə onu 175 ilə qədər həbs cəzası gözləyir.