Son 2 ildə ölkə əhalisinin 41 faizinin, 4,2 milyon insanı əhatə edən iki sosial paketin icrası üçün əlavə olaraq 5,3 milyard vəsait ayrılıb. Bu müddətdə maaşlar, pensiyalar, müavinətlər və sair əhəmiyyətli dərəcədə artırılıb.
Bizimyol.info xəbər verir ki, təkcə son 1 ildə yalnız pensiya üzrə əhaliyə ödənilən vəsait əvvəlki ilə müqayisədə 1 milyard manat çox olub.
COVİD-19 pandemiyası dövründə əhalinin sosial müdafiəsi və iqtisadiyyata dəstək məqsədilə həyata keçirilən 5 milyona ayxın vətəndaşı əhatə edən tədbirlər üçün 3,5 milyar manat ayrılıb. Dövlət pandemiya ilə mübarizə çərçivəsində əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi , səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması, müasir laboratoriyaların qurulması, qoruyucu vasitələrin istehsalı, dərman preparatlarının və tibbi avadanlıqların alınması, insanların müalicəsi və vaksinasiyası və s. məsələlərin həlli üçün böyük vəsait sərf edilib.
Sentyabrın 27-də başlamış Vətən müharibəsinin hər günü dövlətə təxminən 100 milyon manata başa gəlib. Ümumilikdə 44 gün ərzində 4 milyard manat həcmində vəsait xərcləndi.
Müharibədən sonrakı dövrdə geniş sosial paketlərinin həyata keçirilməsi, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə yardım məqsədilə böyük məbləğdə vəsaitin xərclənməsi nəzərdə tutulur.
Dövlət başçısının ötən ilin sonlarında imzaladığı fərmanla şəhid ailələrinin təqaüdlərinə 66,7 faizlik, müharibə əlillərinin və digər həssas qrupların təqaüdlərində orta hesabla 50 faizlik artımlar edilib. Yeni təqaüd növləri təsis edilib.Bu artımlar da ildə əlavə olaraq milyonlarla manat vəsaitin ayrılmasını nəzərdə tutur.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması dövlət milyardlarla vəsait sərf edəcək.
Müstəqil tariximizin ən ağır və məsuliyyətli ilində bir vətəndaş kimi dövlətimizə dəstək olaq.