Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Rusiya sülhməramlılarına etimadsızlığın səbəbləri - Hərbi ekspertdən açıqlama
Rusiya sülhməramlıları Qarabağda

Rusiya Müdafiə Nazirliyinin Dağlı Qarabağla bağlı yaydığı məlumatın başlığına DQR yazması, Azərbaycandan Rusiya sülhməramlılara heç bir təhlükə, təhdid olmadığı halda sülhməramlılarının müşahidə məntəqələrinə "Blockpost" müasir istehkamları ilə təchiz edilməsi, yeni il gecəsi ermənilərə müraciət edən Rusiya sülhməramlısının erməniləri qorxmamağa, onları Laçına qayıtmağa çağırması və “xeyrin şər üzərində qələbə çalacağını” deməsi yenidən bu missiyanın ədalətliliyinə etimadla bağlı məsələni gündəmə gətirib.

Hərbi ekspert Emin Həsənli Bizimyol.info-ya bildirib ki, Rusiyanın bölgədə sülhün bərqərar etməsi və dünyada öz imici barədə yayılan söz-söhbətə son qoyması, Azərbaycanla münasibətlərini daha da gücləndirməsi üçün şans yaradıb.

Emin Həsənli Emin Həsənli

“10 noyabr bəyanatını 3 dövlət imzalayıb, Rusiya prezidenti, Azərbaycanın prezidenti və Ermənistanın baş naziri. Bu, bölgədə sülhə və təhlükəsizliyə təminatı Rusiya dövləti öz üzərinə götürüb və bu bölgədə sülh yaratma prosesini həyata keçirir.

İşğalçılıq siyasəti aparan Ermənistan istisna olmaqla Azərbaycan qonşuları ilə hər zaman çox yaxşı münasibəti olub, dünya ölkələri ilə çox normal münasibətləri olub, qarşılıqlı hörmət, milli maraqlara söykənən münasibətlər qurub. Azərbaycan dövləti dünyanın az-az dövlətlərindəndir ki, bu cür müstəqil siyasət həyata keçirir. Onun ərazisindən digər dövlətlərə qarşı istifadə edilməyib. O cümlədən Rusiya dövləti ilə bizim çox normal münasibətlərimiz var və Rusiya üçün bu böyük bir şansdır ki bu bölgədə sülhü elə bərqərar etsin ki həm dünyada öz imici barədə yayılan söz-söhbətə son qoysun, həm də bölgədə Azərbaycanla münasibətlərini daha da gücləndirsin. O cümlədən Rusiyanın Türkiyə ilə münasibətləri üçün böyük bir şansdır, böyük bir testdir. Prosesdə təbii ki təxribatlar olacaq, xüsusən Ermənistan çalışacaq ki, bu məsələdə Rusiya ilə Azərbaycanın münasibətlərinə kölgə gətirsin, bölgədə inamsızlıq yaradılsın”,-deyə hərbi ekspert Emin Həsənli bildirib.

E.Həsənli qeyd edib ki, Ermənistan böyük məğlubiyyətə uğrayıb, ordusu darmadığın edilib, iqtisadiyyatı darmadağın edilib, mif alt-üst olub: “100 ildir ki Ermənistan filmlər çəkirdi, kitablar yazırdı, jurnallar buraxırdı, dünyaya əfsanələr danışırdı. Qarabağa milyardlarla pul xərcləmişdi, dünyanın bir neçə yerindən orada insanlar məskunlaşdırmışdı, əfsanələr, boş iddialar irəli sürürdü, Arsaxın tanınması istiqamətində addımlar atırdı, dırnaqarası dövlət qurmuşdu, seçkilər keçirirdi, bunun üçün dünyada xeyli işlər aparırdı, o bölgədə xeyli işlər görüb. Azərbaycan ordusu isə darmadığın etdi. Qısa müddət ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut, Suqovuşan qəsəbəsi, Talış qəsəbəsi, bir çox yerlər azad edildi. Ermənistan bunu həzm edə bilmir. Ona görə də onlar hər zaman müxtəlif çirkin oyunlar oynayır. Biz, Azərbaycan ictimaiyyəti də buna hazırda olmalıyıq. Ancaq Azərbaycanın apardığı bu müharibədə də bir qırmızı cizgisi var, bu cizginin heç bir zaman keçilməsinə Azərbaycan dövləti imkan vermir. Aparılan uzunmüddətli siyasət də bunu sübut edir. Xalqın münasibəti də bunu sübut edir. Biz müstəqillikdən və ərazi bütövlüyündən, milli maraqlardan bir addım belə geri çəkilməyəcəyik, bu mövzuda kimliyindən asılı olmayaraq heç kimə güzəştə getməyəcəyik. Azərbaycan dövləti də bu məsələdə heç güzəştə getməyəcək.

Tez-tez xəritələrin bir neçə dəfə dəyişilməsi, Qarabağda qondarma rejimin dırnaqarası rəhbəri ilə, terrorbaşı ilə Rusiya sülhməramlılarının görüşməsi, qucaqlaşması kimi faktlar Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq etirazla qarşılanır ki, tez bir zamanda Qarabağda bəyannamənin 4-cü maddəsinə uyğun olaraq erməni silahlı birləşmələri çıxıb getməlidir, orada Azərbaycan qanunları işləməlidir, Azərbaycanın milli valyutası işləməlidir, Azərbaycan bayrağı qaldırılmalıdır. Azərbaycan dövləti hər zaman böyük uğurlar əldə edir, Azərbaycan prezidenti qarşısına qoyduğu məqsədlərə nail olub”.

Ekspert inanır ki, yaxın zamanlarda bu istiqamətdə də böyük addımlar atılacaq: “Ermənistan Azərbaycan sərhədləri tam müəyyənləşəcək, Qarabağda bütünlüklə Azərbaycan suverenliyi həyata keçiriləcək və bu istiqamətdə Azərbaycan dövləti böyük diplomatik uğurlar əldə edəcək. Cəbhədə əldə edilmiş uğular hüquqi və diplomatik baxımdan daha da möhkəmlənəcək. Bunun üçün Azərbaycan dövlətinin iradəsi var, güclü ali baş komandanı var və çox böyük uğurlar əldə edilib və bu uğurlar daha da möhkəmlənəcək”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› 3 rayonda su kəsiləcək
Son xəbərlər
Bütün xəbərlər »