Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarım kilo gilas maşın qiymətinə satıldı - Foto
Yarım kilo gilas maşın qiymətinə satıldı - Foto

Söhbət yeni mövsümün meyvələrindən gedir. Və təbii ki, söhbət Azərbaycandan getmir. Bu maraqlı alış-veriş Şərqin qapısı sayılan Yaponiyada yer alıb.

Bu ölkədə artıq yeni məhsulun nübarı satışa çıxarılıb və rekord qiymət qeydə alınıb. Nə qədər qəribə səslənsə də, məhsul hərrac yolu ilə satılıb. Yəni məhsula ən çox pul verən adam ilin ilk gilas yeyənlərinin siyahısına düşüb.

500 qramlıq qutuda satışa çıxarılan gilas Yaponiyanın Yamaqata prefekturasında keçirilmiş ilin ilk hərracında alıcılara təqdim edilib. Məhsul 1 milyon Yaponiya yeni qaşılığında satılıb. Bu təxminən 10 min dollar (təqribən 17 min Azərbaycan manatı) edir.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı prefekturanın Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyası verib.

"Sato nişiki" növündən olan gilas "Sato nişiki" növündən olan gilas

Ən bahalı lot "Sato nişiki" növündən olan iridənəli seçmə məhsuldan ibarət giləmeyvələr olub. "Sato nişiki" Yaponiyada ən tez yetişən gilas növüdür.

Amma qiymətin baha olması təkcə məhsulun erkən yetişməsi ilə bağlı deyil. Bu məhsulun yetişdirilməsi üçün istifadə olunan texnologiya da unikallığı ilə seçilir və bahalığının əsas səbəbi də budur. Bu gilas növünün ağacları xüsusi çəlləklərdə bitir. İyun ayından oktyabrın əvvəllərinə qədər bu ağacları böyük soyuducularda saxlayırlar. Sonra onları istilikxanalara köçürürlər. İstilikxanada gündüzlər 25, gecələr isə 13 dəsəcə istilik təmin edilir.

Bu növ gilasın yetişdirildiyi Tendo şəhərinin əhalisi haqlı olaraq qürur duyur ki, onların məhsulu Yaponiyada ən tez yetişən növdür.

Yamaqata, Yaponiya Yamaqata, Yaponiya

Yamaqata prefekturası isə ümumilikdə Yaponiyada ən dadlı gilasların istehsalçısı kimi tanınır. Ölkədə istehsal olunan gilasın 75 faizi bu prefekturanın payına düşür. Məhsulun təbii yolla yetişməsi yazın sonları və yay aylarına düşür.

Qeyd edək ki, Yaponiya yüksək texnoloji inkişafı ilə seçilən bir ölkə olsa da, kənd təsərrüfatı məhsulları da ixrac edir. Azərbaycandan fərqli olaraq, bu ölkədə aqrar sektora dövlət tərəfindən imtiyazlar verilir və əhəmiyyətli subsidiya yardımları edilir.

Son xəbərlər
Bütün xəbərlər »