Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran rəsmisi: "Uranı 60 faizədək zənginləşdirə bilərik"
iran bayrağı

"İranın uranı 40-60 faizədək zənginləşdirməyə imkanı var".

Bunu İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvənd bildirib.

Onun sözlərinə görə, İran son 6 ildə ilk dəfə uranı 20 faizədək zənginləşdirib: “Hazırda bizim 3,5-4 faiz zənginləşdirilmiş 4 ton maddəmiz var. Proqnozumuza əsasən, biz ayda 500 ton uran zənginləşdirə bilərik”.

O əlavə edib ki, nüvə razılaşmasındakı həddi əldə etmək üçün İrana bir il lazımdır.

İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi isə deyib ki, İran hər il 9 kq 20 faiz zənginləşdirilmiş uran istehsal edəcək.

Xatırladaq ki, dekabrın 4-də İran 20 faiz zənginləşdirilmiş uran istehsal edib.

ABŞ bildirib ki, Tehran hakimiyyəti beynəlxalq ictimaiyyəti şantaj edir. Rəsmi Vaşinqton yanvarın 5-də İrana qarşı sanksiyaları genişləndirib.(report)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »