Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya vaksin müharibələri astanasında
Vaksin - peyvənd

Amerikalı konqresmen Kevin Breydi koronavirusa qarşı vaksinasiya olduqdan sonra yendiən yoluxub.

Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, Breydi Pfizer/BioNTech şirkətinə məxsus vaksini 2 doza qəbul etdikdən bir müddət sonra ( 18 dekabr və 1 yanvar) test verib, neqativ nəticə almışdı. Lakin bu gün Kevin Breydlinin verdiyi test müsbət nəticə göstərib, yəni konqresmen virusa yenidən yoluxub.

Həmçinin Norveçdə eyni şirkətin məhsullarından istifadə etmiş pasiyentlərdən ikisinin, Portuqaliyada vaksinasiya etmiş 1 tibb bacısının isə 48 saat sonra ölümü barədə məlumatlar da yayılmaqdadır. Hər iki xəbərdə məhz ən yaxşı vaksin istehsalçısı hesab olunan Pfizer/BioNTech-in adının çəkilməsi şirkətlər arasında vaksin müharibələrinin başlanması şübhəsini oyandırır.

Görünən budur ki, 2021-ci lin birinci yarısında “vaksin” , ən yaxşı vaksin və peyvəndləmənin nəticələri barədə xəbərlər üstünlük təşkil edəcək. Hazırda vaksin sahəsində dünya bazarlarında adı çəkilən , ABŞ, Çin, Rusiya, Almaniya arasında vaksin savaşı gözləniləndir. Çünki, vaksin özlüyündə böyük iqtisadi məhsuldur. İndi vaksini olan dövlətlrin güc yarışı başlayacaq, bir birlərinin tərəfdaşlarını əlindən qoparmaq mübarizəsi gedəcək. Hansı vaksinin hansı dərəcədə effektiv olması yox, onların hansı güc mərkəzlərini yaradacağı əsas məsələ olacaq. Məlum məsələdir ki, hansısa vaksinin səmərəli və ya səmərəsiz olması barədə söhbətlər medianın onu necə təqdim etməsindən asılıdır. Yəi istədiklərini əla, istədiklərini təhlükəli məhsul kimi insanların şüuruna yeridəcəklər.

Çox böyük ehtimalla peyvədlənmənin məcbvuri xarakter alması fonunda əvvəl virusa münasibət, onun təqdimatı dəyişəcək. Ola bilsin ki pandemiya başa çatsın. Amma bu yeni bioloji silahların , yeni xəstəliklərin yayılmayacağına zəmanət vermir. Yeni ilin ilk günündə ÜST rəhbərinin yeni xəstəliklərin yayılma ehtimalı barədə bəyanatı da bəşəriyyətə xəbərdarlıq idi.

Qeyd edək ki, hazırda Moderna və Pfizer/BioNTech-in hazırlamış olduğu vaksinlər Avropa İttifaqı tərəfindən qəbul edilən yeganə məhsullar hesab olunur.Hər iki vaksin 2 komponentlidir. ABŞ-da artıq 4,2 milyon insan bu vaksinləri qəbul edib.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »