Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantinin tam ləğvi nə vaxta planlaşdırılır... - Açıqlama
Karantin

“Pandemiya ilə mübarizənin 2 təməl strategiyası mövcuddur”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib ki, bunlardan birincisi, yayılmasının basqılanması - supressiyasıdır.

Turanə Rəsulova Turanə Rəsulova

“Burada əsas məqsəd xəstəliyin yoluxuculuğunun azaldılmasıdır. Mümkün olan ən qısa zamanda R dediyimiz xəstə artım sayının 1-in altına salınması deməkdir. Yəni 1 nəfər 1 nəfərdən artıq şəxsi yoluxdurmasın. Bunun üçün təmas minimuma endirilməlidir və karantin tədbirləri bu məqsədlə həyata keçirilir. Supressiya strategiyası virusa spesifik dərmanlar tapılana və ya vaksinasiya başlayana qədər virusun populasiyada sürətli artımının qarşısını almağı hədəfləyir. İkincisi, mitigasiya strategiyasıdı – burda təməl məqsəd pandemiyanın təsirini azaltmaqdır. Yəni, xəstələnmə və ölüm hallarını azaltmaq, xəstəxana və səhiyyə sisteminin yükünü yüngülləşdirmək. Bu da fiziki məsafə qaydaları, ictimai nəqliyyatda məhdudiyyətlər, səyahət qadağaları kimi toplum hərəkətliliyinin azaldılmasına yönəlikdi.

Hər ikisinin ortaq cəhəti vaksinasiyaya qədərki müddətdə pandemiyanı idarə edilə bilən vəziyyətdə saxlamaqdır. Yəni, Azərbaycanda hər iki strategiya tətbiq olunur hazırda və müsbət nəticələr statistik olaraq görülür. Yeni xəstələnmə sayları 4000-li rəqəmlərdən 800, hətta bəzi günlər 300-ə qədər düşdüyünü gördük”.

Həkim bildirib ki, vaksinasiyaya başlamadan karantinin tamamilə ləğv olunmasına gedilməyəcək. “Vaksinasiya başlanıb, xəstəxana dololuq faizləri dəyərləndirilib, müsbət dinamika görüldüyü halda yavaş-yavaş karantinin yumşaldılmasına gedilə bilər. Cəmiyyətin ən az 60-70 faizi ya vaksinlə, ya da xəstəliyi keçirib immunitet qazanmadığı müddətdə təhlükə aktuallığını qoruyur və üçüncü sərt dalğa gələ bilər”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »