Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da yaşama şansı az olanları xəstəxanaya aparmırlar - Oksigenə qənaət tapşırığı verildi
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Amerikanın Los-Anceles şəhər xəstəxanalarının təcili yardım briqadalarına yaşamaq şansı az olan xəsətələri xəstəxanalara gətirməmək tapşırılıb.

Bizimyol.info Los Angeles Times-a istinadən məlumat verir ki, söhbət ürəyi dayanan, nəbzi və arterial təzyiqi hiss olunmayan, hərəkətsiz xəstələrdən gedir. Həkimlər hadisə yerində onları həyata qaytarmaq cəhdi göstərdikdən sonra xəstəxanaya gətirməyəcəklər.

Həmçinin, həkimlərə oksigenə qənaət etmək, oksigeni qanında oksigen səviyyəsi 90 faizdən aşağı düşənlərə işlətməyi tövsiyə ediblər.

Bu radikal qərar xəstəxanalarda çarpayı, təcili və tibbi yardım çatışmazlığının kəskin hiss olunması ilə əlaqələndiriblər. Həmçinin xəstəxanalar vəziyyəti normallaşmağa doğru gedən xəstələri də vaxtından qabağ evə buraxımağa başlayıb. Yeni il şənliklərindən sonra koronavirusa yoluxanların sayının kəskin artması fonunda vəziyyətin daha da kəskinləşməsi ehtimal olunur.

Həmçinin məlumatda bildirilir ki, Kaliforniyada morqlarda yer yoxdur. İntensiv terapiya şöbələrində də yer çatışmazlığından şikayət edilir.

İlhamə

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »