Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hələlik Xankəndi aeroportu bizim nəzarətimiz altında deyil”
Xankəndi aeroportu

“Hazırda Xankəndi aeroportu daha çox rus sülhməramlılarının nəzarəti altındadır. Rus sülhməramlıları Rusiyadan birbaşa özlərinə lazım olan humanitar, hərbi və tikinti materialları olan yükləri o aeroport üzərindən daşıyır. Hələlik Xankəndi aeroportu bizim nəzarətimiz altında deyil”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı siyasi şərhçi Turab Rzayev bildirib. Onun sözlərinə görə, hazırda Şuşaya gedən yollardan biri Xankəndidən, digəri isə Laçın dəhlizindən keçir. Bəzi hərbi yükləri həmin ərazidən istifadə edərək daşısaq da, bizim üçün o yollar tam işlək deyil.

Turab Rzayev Turab Rzayev

“Biz birbaşa Şuşaya Füzuli rayonu və Hadrutdan keçən yol çəkirik. Bu yolun çəkilməsi də müəyyən qədər vaxt tələb edir. Zənnimcə aeroport vaxta və yola qənaət etmək üçün tikilir. Lazım olduqda həmin aeroporta xaricdən və Azərbaycan daxilindən uçuşlar olacaq.

Aeroportun məhz Füzuli rayonunda tikilməsinə üç səbəb göstərmək olar. Birinci səbəb odur ki, məhz sovet dövründə də Füzulinin kəndlərinin birində aeroport olub. Həmin aeroport yenidən bərpa oluna bilər.

İkincisi, bu aeroport əvvəlki kimi kiçik və hərbi yüklər üçün nəzərdə tutula bilər, çünki Qarabağın cənub rayonlarında aeroport yoxdur. Həmin əraziyə öz hərbi yüklərimizi, əsgər, texnika, təchizatlarımızı vaxtından tez çatdırmaq üçün lazım ola bilər.

Şuşa şəhərinin havadan görüntüsü - Video Şuşa şəhəri

Üçüncü əsas səbəb isə bu, urbanizasiyanın başlanğıcıdır. Qarabağda yenidən şəhərləşmənin yaranması üçün müəyyən müəssisələr olmalıdır. Sənaye müəssisəsi, universitet, vağzal, dəmir yolunun tikintisi şəhərləşmənin əsasını qoyur.

Qarabağa qayıdışı sürətləndirmək üçün bu uğurlu addımlardan biri ola bilər. Növbəti uğurlu addım Qarabağda universitet açılması ola bilər”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »