Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus vaksini vurulmuş 2 nəfər öldü – Səbəb araşdırılır
Koronavirus vaksini vurulmuş 2 nəfər öldü – Səbəb araşdırılır

Norveçdə koronavirusa qarşı vaksin vurulmuş 2 nəfər həyatını itirib.

Bizimyol.info TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin dərman vasitələri agentliyi məlumat yayıb.

“Yanvarın 5-də biz vaksinasiyadan bir neçə gün sonra baş vermiş ölüm faktları barədə məlumat aldıq”,- deyə xəbərdə bildirilib.

2020-ci il dekabrın 27-dən Norveçdə ABŞ-ın Pfizer, Almaniyanın BioNTech şirkətlərinin istehsalı olan vaksinlərin yerli əhalidə tətbiqinə başlanılıb. İlk vaksinasiya Oslodakı qocalar evində aparılıb.

Hazırda ölüm fatlarının sırf vaksin səbəbindən olub- olmadığı araşdırılır. Bu təsadüfdürmü, yoxsa başqa səbəb varmı.? Həmin şəxslər vaksinasiyadan bir neçə gün sonra ölüblər. Bu araşdırma mövzusudur. Hazırda risk qrupunda olan və əlvə ciddi xəstəliklərə malik şəxslərin vaksinasiyası aparılır”,- deyə xəbərdə qeyd edilib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »