Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran fars məscidi kimi təqdim etdiyi “Gövhər Ağa” məscidini Azərbaycana dostluq nümunəsi adlandırdı
Şuşa məscidində namaz

Ötən il oktyabrın 14-də Şuşada “Gövhər Ağa” məscidinin “təmir-bərpası”ndan sonra açılış mərasimi olmuşdu. Məscid İranın “Part Saman Jahan” memarlıq şirkətinin iştirakı ilə təmir edilib. 1996-1999-cu illərdə İrəvandakı Göy məscidin də təmirini maliyyələşdirən İran sonradan həmin məkanın girişinə lövhə vurduraraq "fars məscidi" yazdırıb.

1883-cü ildə, Kərbəlayi Səfi Xan Qarabağinin memarlığı əsasında ərsəyə gələn “Yuxarı Gövhər Ağa” məscidində ənənəvi memarlıq üslubu ziyan görüb. Restavrasiya işlərində türk üslubu dağıdılıb, fars tikintisinə uyğun tikilib. Məqsəd onu “İran memarlığının nümunəsi” olaraq dünyaya tanıtmaqda ibarət olub.

Bu günlərdə İran tərəfi yenidən bu məsələni qabardaraq, Gövhər Ağa məscidində təmir işlərini Azərbaycanla dostluq və qardaşlıq nümunəsi kimi təqdim edib.

Söhbət ondan gedir ki, İran bir il əvvəl işğal altında olan ərazilərimizdə bizdən icazəsiz iş görüb. Üstəlik, ermənilər bu məscidi qeyri-türk məbədi kimi, fars mədəniyyəti nümunəsi olaraq təqdim ediblər.

Bu, heç bir beynəlxalq normalara və mənəvi çərçivəyə sığımır.

Prezident İlham Əliyev Şuşada Gövhər Aga məscidin təmir adı ilə farslaşdırılmasına görə İranı tənqid edib.

İlhamə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »