Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan prezidenti öz türk köklərini Rusiyaya xatırlatdı - Qalmaqal
Kasım-Jomart Tokayev və Vladimir Putin

İmperiya iddiaları Rusiyanı bütün qonşuları üçün arzuolunmaz tərəfə çevirib. Kreml dostlarını boyunduruq altında saxlayır, düşmənlərini isə hədələyir.

Moskva ətraf ölkələri öz təsiri altında saxlamaq üçün adətən, "yaralı dövlət" strategiyasından yararlanır. Yəni qonşu ölkənin müəyyən bir ərazisində separatçılıq hərəkatını alovlandırır, sonra da orada yaşanların hüquqlarını müdafiə etmək adı altında müdaxilələr edir. "Yaralı dövlət" isə öz ərazi bütövlüyünü itirməkdən ehtiyatlanaraq Rusiya ilə hesablaşmalı olur.

Hələlik Rusiyanın bu siyasətini rədd edən tək ölkə Gürcüstandır. Ərazilərinin faktiki olaraq Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, Gürcüstan yoluna davam etdi və Qərbə inteqrasiya prosesini dayandırmadı.

Rusiya prezidenti Vladimir Putinin tez-tez SSRI barədə həsrətlə danışması da köhnə sovet respublikalarını Rusiya ilə münasibətləri yenidən gözdən keçirməyə sövq edir.

Bu dəfə Rusiya artıq Qazaxıstanı da "yaralı dövlət"ə çevirmək istəyir. Rəsmi Astana bədnam qonşularının niyyətini yaxşı başa düşür və o üzdən də sərt reaksiyalar verir.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Türkiyə Qafqazda mövqelərini gücləndirəndən sonra Rusiyada belə fikir yaranıb ki, prezident Rəcəb Tayyib Ərdoğan artıq "tək millət, beş dövlət" (əlavə olaraq Qazaxıstan, Türkmənistan, Özbəkistan) planını reallaşdırmağa başlayıb. Bu planın reallaşmasında isə ən vacib halqa Qazaxıstan ola bilər. Məhz bu ssenariyə bəri başdan müqavimət göstərmək üçün Rusiya Qazaxıstanı da "yaralamağın" yollarını axtarır. Qeyd edək ki, Qazaxısytanın şimalında rusdilli əhali böyük bir paya sahibdir və Kreml bu faktordan yararlanmağa çalışır.

Xatırladaq ki, bir müddət öncə Rusiya Dövlət Dumasının təhsil və elm komitəsinin sədri Vyaçeslav Nikonov demişdi ki, "Qazaxıstanın ərazisi Rusiyanın böyük hədiyyəsidir". Ardınca Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Aleksandr Komarova etiraz notası təqdim etmişdi. Bu etirazdan sonra qalmaqalın üzdə görünən səbəbkarı V.Nikonov demişdi ki, "mən Qazaxıstan SSR-in sərhədlərinin müəyyən olunması zamanı ölkənin maraqlarının tam təmin olunduğunu nəzərdə tutmuşam".

Vyaçeslav Nikonov Vyaçeslav Nikonov

Amma təbii ki, ox artıq yaydan çıxmışdı və belə izahlar Astananı təmin edə bilməzdi. Diplomatik qalmaqalın üstündən xeyli ötsə də, Qazaxıstan təhlükənin sovuşmadığını yaxşı başa düşür.

Bizimyol.info xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dünən bu məsələyə yenidən qayıdıb. O, "Egemen Qazakstan" qəzetində bu mövzuda məqalə ilə çıxış edib. Prezident vurğulayıb ki, ərazimizi bizə heç kim kənardan hədiyyə etməyib, xalqımız burada əsrlər boyunca yaşayıb. O yazıb ki, Qazaxıstanın başlıca sərvəti ulu babalarımızın bizə miras qoyduğu müqəddəs torpaqlarımızdır: "Belə böyük bir ərazini bizə heç kim kənardan hədiyyə etməyib. Bizim tariximiz 1991 və ya 1936-cı ildən hesablanmır".

Qazaxıstanın qədim tarixinə diqqəti çəkən prezident "türk" köklərini xatırlatmağı da unutmayıb: "Bizim xalqımız bu torpaqlarda Qızıl Orda - Türk xanlığı dövründə, hunlar və sakların vaxtından yaşayıb".

Astana, Qazaxıstan Astana, Qazaxıstan

O həmçinin belə iddialara qarşı sakit dayanmayacaqlarını da ifadə edib: "Biz öz milli maraqlarımızı bütün vasitələrlə müdafiə etməyə hazır olmalıyıq".

Qeyd edək ki, Rusiyanın ərazi iddialarından sonra Qazaxıstanda əhali arasında Türkiyə ilə yaxınlaşmağın vacibliyi önə çəkilir. Sosial şəbəkələrdə fikirlərini bildirən sadə qazaxlar Rusiyaya qarşı məhz Türkiyə ilə birlikdə dayanmağın vacibliyini yazırlar.

Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski

Moskvada da artıq başa düşürlər ki, köhnə "sovet müttəfiqləri"nin heç biri onlara etibar etmir və bu vəziyyət Türkiyənin nüfuzunun genişlənməsi üçün əlverişlidir. Söhbət təkcə türkdilli xalqlardan getmir. Bu siyahıda Ukrayna da var.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »