Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı alimlərdən korona ilə bağlı mühüm təklif
Milli Elmlər Akademiyası

Azərbaycan alimləri COVİD-19-un yayılmasını izləmək üçün model təklif ediblər.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları "COVİD-19 pandemiyasının yayılmasının izlənilməsi üçün qrafik modelləşdirmə" ("Graph modelling for tracking the COVID-19 pandemic spread") adlı məqalə "Infectious Disease Modelling" jurnalında dərc olunub.

Məqalədə qeyd edilir ki, modelləşdirmə yoluxucu xəstəliklərin təsirinin azaldılmasının ən yaxşı strategiyalarının müəyyənləşdirilməsi üçün geniş istifadə olunur. Hazırda COVİD-19 infeksiyasının yayılması kimi kompleks sistemin modelləşdirilməsi aktual mövzulardandır. Tədqiqatın məqsədi COVİD-19 infeksiyasının yayılmasının qrafik modelləşdirilməsidir. Məqalədə xəstəliyin əsas xüsusiyyətləri və onun yayılmasına təsir edən amillər analiz edilir. Xəstəliyə yoluxmuş insanla təmas zamanı sosial məsafəni və onun yerləşdiyi məkana görə demoqrafik xüsusiyyətləri nəzərə almaqla, COVİD-19 epidemiyasının konseptual modeli təklif olunur. Eksperimental tədqiqatda COVİD-19 infeksiyasının epidemoloji xarakteristikaları nəzərə alınaraq virusun yayılma ssenarisi üzrə ilk yoluxma halı qeyd olunduğu andan virusun insandan insana ötürülməsi prosesinin qraf modeli qurulub və vizuallaşdırılıb.(sfera.az)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »