Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ mədəni inqilab keçmiş insanların yurdu olacaq
Şuşa şəhəri

Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.

“Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər",- deyə Prezident vurğulayıb.

Bir məqama diqqət çəkmək istərdim. 30 il öncə Qarabağdan məcburi köçkün düşən insanlar Bakıda və Azərbaycanın digər bölgələrində məskunlaşdılar. Qaynadılar qarışdılar. Əvvəlcə Qarabağlılar , ən ucqar dağ kəndlərində yaşayan sadə insanlar bakılı, aranlı, muğanlı , milli oldular, bu günsə bütün Azərbaycan xalqı qarabağlı oldu. Bu gün Qarabağa qayıdası nəsil, qayıdası insanlar mədəni inqilab keçən insanlar olacaq. Dünyagörüşü, elmi, savadı əvvəlki illərin insanlarından çox fərqlənəcək. Üstəlik Qarabağda aparılan abadlıq quruculuq işlərinə beynəlxalq şirkətlər cəlb ediləcək, Azərbaycanın bölgə və şəhərlərinin insanları Qarabağda yaşamağa, qazanmağa maraqlı olacaqlar. Bu anlamda Qarabağ həqiqətən sözdə deyil, göz önündə çiçəklənən mədəni mərkəzə çevrilə bilər. Qarabağda böyük şəhərlər salınmalıdır ki, əhalinin ora axını təmin edilsin. Qarabağda nə qədər sıx yerləşmiş azərbaycanlı olacaq, o qədər də möhkəm qalaya çevriləcək.

Gənclər harada varsa, orada inkişaf var. Qarabağda açılacaq universitetlər özü ilə orda bir sıra mədəni obyektlərin yaradılmasını da gətirəcək. Üstəlik, gələcək inkişaf planına əsasən, bu ərazilərə investisiyanın cəlb edilməsi naminə İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı və başqalarının Qarabağın dirçəlməsində öz töhfəsi olacaq.Kənd təsərrüfatının aktiv inkişafı üçün İsrail və Yaponiyadan şirkətlər dəvət olunacaq.

Qarabağın azad edilməsidir ki, bu, ilk növbədə, regiona, o cümlədən Türk dünyasına sabitlik, sülh və təhlükəsizlik gətirəcək. Bütün dövrlərdə davamlı iqtisadi inkişafın təməlində məhz bu amil dayanıb. Siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dayanıqlı və təhlükəsiz olan Azərbaycan regionda daha da güclənəcək və daha cəlbedici tərəfdaşa çevriləcək.

Qarabağda sülhün bərqərar olması nəticəsində bütün kommunikasiyalar, yollar açılacaq, eyni zamanda yeni nəqliyyat infrastrukturu yaradılacaq. Naxçıvan muxtar respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin ediləcək. Horadiz-Culfa dəmir yolunun bərpası Culfa-Sufyan-Van dəmir yolundan keçməklə, Azərbaycan-İran-Türkiyə marşrutu üzrə yeni imkanlar açır. Həmçinin, Azərbaycan və Türkiyə dəmir yollarını birbaşa birləşdirən perspektiv dəmiryol layihəsinin inkişafına da real şərait yaradacaq. Qərb-Şərq dəhlizi çərçivəsində, xüsusilə də Türkiyə, Azərbaycan və Orta Asiya seqmenti üzrə yeni səmərəli marşrutun yaradılması, eləcə də Türkiyə-Rusiya avtomobil yolunun formalaşması perspektivi yaranacaq.

Bütün bu imkanlar Qarabağın çox işıqlı gələcəyindən xəbər verir. Az qalıb , gözləyək. İlk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görüləcək, daha sonra kommunikasiyalar qurulacaq və nəhayət yaşayış və istehsal təmin ediləcək. “Böyük qayıdış” həqiqətən bir başqa olacaq.Bu dəfə ən vacib rolu insan potensialı oynamalıdır.Mədəniyyət paytaxtında yaşayan , mədəni inqilab keçmişinsan.

İlhamə Rəsulova

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »