Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarif Şurasında ictimai qurum təmsil olunmur: “Bu qurum pamdemiya dövründə diqqətli olmalı və ağıllı hərəkət etməlidir”
Eyyub Hüseynov

Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətlərini qaldırılıb. Belə ki yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bu barədə Tarif Şurasının 4 yanvar iclasında qərar verilib. İndiyədək bu markalı benzinin 1 litrinin qiyməti 90, dizel yanacağınkı isə 60 qəpik idi.

Qərarda bildirilib ki dizelin qiymətinin artımının sahibkarlara təsirini neytrallaşdırmaq üçün onlara kompensasiya ödəniləcəyi bildirilir.

“Biz adətən yüksək vəzifəli dövlət məmurlarının dilindən Azərbaycan bazarının dünyaya inteqrasiya olunan bazar kimi şərhini görürük. Amma görməmişik ki dünyada hansısa məhsulun qiyməti aşağı düşəndə Azərbaycanda da aşağı düşsün. Amma dünya bazarında məhsullar bahalaşanda Azərbaycanda da qiymətlər artır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Ekspert qeyd edib ki, yanacaq bütün məhsullların maya qiymətində var: “Tarif Şurası kollektiv fəaliyyətlə məşğul deyil. Təəssüflər olsun ki Tarif Şurasında ictimai qurum təmsil olunmur. Bu qurum pamdemiya dövründə diqqətli olmalı və ağıllı hərəkət etməlidir”.

Hüquqşünas Əkrəm Həsənov bildirib ko,

Tarif Şurasının benzin və dizel yanacaqlarının qiymətinin artırılması barədə qərar qanuna ziddir.

“Kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının, inşaat materiallarının daşınmasında əsasən dizel mühərrikli nəqliyyat vasitələrindən istifadə edirlər. Daşınma xərcləri kompensasiya etmək üçün şirkətlər və sahibkarlar təklif etdikləri məhsulun qiymətini artıracaqlar.

Rəqabət Məcəlləsinin uzun illərdir qəbul olunmasına qarşı çıxan inhisarçılar vəziyyətdən istifadə edib süni qiymət artımı yaradacaqlar.

Tarif Şurasının qiymət artımı qərarından təsirlənən sahələri kompensasiya etmək lazımdır. Qiymət artımı gözlənilən idi. Dövlətin gəlirləri azalır, xərcləri artır. Odur ki bunu dövlət hansısa yolla kompensasiya etməli idi.

Amma qiymət artımı qərarını qanun çərçivəsinə əsasən vermək lazımdır.

Onu da bildirim ki, əhalidə devalvasiya gözləntisi var, amma yaxın hallarda bu baş verməyəcək. Ajiotaj insanların psixologiyasına təsir edir”.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »