Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: “Füzulidə beynəlxalq aeroport tikiləcək”
İlham Əliyev

“Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”.

Bizimyol.info xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, oradan Şuşaya məsafə də yaxındır: “Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »