Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həm Rusiya, həm də Türkiyə bu prosesdə fəal şəkildə rol almalıdır"
Şuşaya giriş

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

TASS informasiya agentliyinin yaydığı məlumata görə, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub.

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, minalardan təmizlənmə prosesinin uzun illəri əhatə etdiyini nəzərə alsaq, prosesin tezliklə yekunlaşması və eyni zamanda məcburi köçkünlərimizin azad olunan torpaqlarımıza geri qayıtması üçün kordinasiyalı şəkildə iş görülməlidir.

Tural İsmayılov Tural İsmayılov

“Münaqişələrin sona çatdığı, yekunlaşdığı bölgələrdə minalardan təmizlənmə və ərazinin təhlükəsizliyinin təmin olunması əsas prearitet məsələlərdən birinə çevrilib. 10 noyabrda imzalanan 3 tərəfli bəyənatda işğaldan azad olunmuş Azərbaycan ərazilərində hər növ infrastruktor təhlükəsizliyini də özündə ehtifa edir. Bundan başqa işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində bir çox beynəlxalq qurumların minatəmizləmə ilə məşğul olan agentlikləri və strukturları da müvafiq formada iştirak edə bilər. Bununla bağlı ya həmin belnəlxalq təşkilatların özləri müraciət edə bilər, ya da qarşılıqlı şəkildə Azərbaycan dövləti tərəfindən də hansısa müraciətlər oluna bilər. Hazırda Azərbaycanın minatəmizləmə agentliyi ANAMA həmin ərazidə fəal iş görür. Rusiya və Türkiyə ortaq müşahidə missiyasının da gələcəkdə hansısa formada minatəmizləmə prosesində iştirakı nəzərdə tutula bilər”.

Tural İsmayılovun sözlərinə görə, Türkiyənin minatəmizləmədə iştirak edən xüsusi qruplarının da bu prosesdə iştirak edəcəyi və daha geniş formada təmsil olunacağı aydın məsələdir.

“Həmçinin Rusiya qüvvələrinin də minatəmizləmə prosesində iştirak etməsi gözlənilən haldır.

Düşünürəm ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bütün məlumatları adekvat şəkildə, çevik reaksiya verməyi bacarıb. Həmçinin TASS və Rusiyanın bir çox informasiya agentliyi Qarabağda işritak edən rus sülhməramlı kontingenti ilə bağlı xəbərləri daim tirajlayır.

Minalardan təmizlənmə bu ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın regiona təhlükəsiz şəkildə köçürülməsi və orada həyatın, yaşayışın bərpa olunması üçün vacibdir. Ona görə də, həm Azərbaycan tərəfindən ANAMA, həm Rusiya, həm də Türkiyə bu prosesdə fəal şəkildə rol almalıdır. Minalardan təmizlənmə prosesinin uzun illəri əhatə etdiyini nəzərə alsaq, prosesin tezliklə yekunlaşması və eyni zamanda məcburi köçkünlərimizin azad olunan torpaqlarımıza geri qayıtması üçün kordinasiyalı şəkildə iş görülməlidir. Düşünürəm ki, bu kordinasiyalı iş nəticəsində qısa zamanda ərazidə təhlükəsizlik təmin olunacaq və bütün infrastruktur layihələri reallaşdıqdan sonra vətəndaşlar təhlükəsiz şəkildə öz dədə-baba torpaqlarına geri dönə biləcək”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »