Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərhad Bədəlbəyli: “Qarabağdan pul qazanmalıyıq”
Fərhad Bədəlbəyli

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanıyla "Qarabağ Dirçəliş Fondu" yaradılıb. Fond işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb edilməsini təmin edəcək.

Şuranın üzvlərindən olan Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ( yeri gəlmişkən o, Koronavirusla mübarizə üçün təşkil edilən fondun da üzvüdür) Bizimyol.info-ya bildirib ki, indi qarşıda duran əsas məqsədlərdən biri mədəni proqramların təşkili ilə Qarabağa kapital qoyuluşunu təşkil etməkdir.

“Bu fondda hər kəs iştirak etməlidir. Uşaqdan böyüyə bu hamını əhatə etməlidir. Şəffaflıq yüksək səviyyədə təşkil olunmalıdır ki, insanlar bilsinlər verdikləri vəsait hara sərf olunur. Düzdür, biz hələ Şura olaraq toplanmamışıq. Amma kimsə 10 manat versə belə bilməlidir ki, pul hara sərf edildi, nə faydası oldu. Dünyada fondların təşkili təcrübəsi çoxdan var. Bizdə son bir ildə fonda könüllü yardım etmək ənənəsi formalaşdı Bu tarixi bir sərəncamdır.Biz Şuşanı yuxuda görürdük. İndi yuxularımızda Şuşanı necə yenidən quracağımızı görürük. Məncə beynəlxalq səviyyədə “Şuşanı necə görürsən” adlı müsabiqə təşkil edilməli, Şuşa qədim gözəlliyini saxlamaqla restavrasiya edilməlidir.Sovet dövründə bu şəhərdə tikilmiş “Xruşşovkalar” heç də gözəl görünmür.Məncə bir zamanlar Qarabağda keçirilmiş Xarı Bülbül festivalını da dirçəltməliyik. Bu festivala mədəniyyət, incəsənət işçiləri ilə yanaşı oliqarxlar da dəvət edilməlidir. Ermənilər bu kimi işləri gözəl bacarıblar. Qarabağı dirçəldək deyərkən yalnız iqtisadi dirçəlişdən söz getməsin. Bura həm də mədəniyyət ocağı olub. Odur ki, mədəni proqramlar keçirməklə kapital cəlbini bacarmalıyıq.Hansı formada bunu düşünməliyik. Etiraf edək, biz Şuşadan, Qarabağdan pul qazanmalıyıq”.

İlhamə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »