Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada qaz bahalaşır
Tebii qaz

Avropa qaz bazarı yeni ildə havaların soyuması və idxalatın azalması kimi başlıca amillərin təsirilə artım qeydə alınıb.

“Report” “İnterfax Ukraine”ə istinadən xəbər verir ki, Niderlandın TTF onlayn təbii qaz satışı platformunda ötəngünkü 244 USD/1000 kubmetrdən bu gün 253,5 USD/1000 kubmetrədək yüksəlib. Bu da 2019-cu ilin 25 yanvar tarixindən bu yana ən yüksək həddir. Dekabr ayında qazın orta qiyməti 202 dollar, noyabr ayında isə 168 dollar olub.

Qeyd edək ki, bu qış Avropada əvvəlki illərə nisbətən xeyli soyuq keçməsi və yanvar ayının birinci yarısında soyuqların davam edəcəyinin gözlənilməsi nəticəsində Avropada yeraltı anbarlardakı qaz sərfiyyatı xeyli artıb. Yanvarın 3-də 72,54 faiz olan cari ehtiyatlar dekabr ayının əvvəlindən 4,59 faiz, mövsümün əvvəlindən 6,75 faiz azalıb.

Bununla yanaşı, Rusiya təbii qazının Ukraynadan ötürülməsi kvotalarının dəyişməsi nəticəsində gündəlik ötyürmə həcmi dekabr ayındakı 183 milyon kubmetrdən bu il 125 milyon kubmetrədək geriləyib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Navalnı Moskvada saxlanıldı
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
Son xəbərlər
Bütün xəbərlər »