Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlqar Qurbanov: "Düşündüm ki, bu yolla milliyə kömək edə bilərəm"
İlqar Qurbanov: "Düşündüm ki, bu yolla milliyə kömək edə bilərəm"

Futbol üzrə Azərbaycan millisində skaut vəzifəsinə təyin olunmuş İlqar Qurbanovun "Report"a müsahibəsi

- Yeni təyinatınız münasibətilə sizi təbrik edirəm. Əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Təbriklərə görə çox sağ olun. 4-5 ay idi klubsuz qalmışdım. Karyeramla bağlı hərtərəfli fikirləşirdim ki, nə edə bilərəm. Futbolla bağlı bəzi planlarım var idi. Federasiyaya baş vurdum, Elxan Məmmədovla danışıqlarımız oldu. Bir müddət sonra bu vəzifəyə təyin olundum.

- Yəni, təşəbbüs sizdən gəldi. İdeyanızı necə qarşıladılar?

- Danışdıq, ola biləcəyini dedilər. Millimizdə skaut vəzifəsi yox idi. Düşündüm ki, bu sahədə fəaliyyət göstərib, kömək edə bilərəm. Öz ideyalarımı, gələcək planlarımı bildirdim. Sağ olsunlar, müsbət qarşıladılar. Müəyyən vaxtdan sonra isə təyinat gerçəkləşdi.

- Artıq sizinlə müqavilə imzalanıb?

- Bəli, 1 illik müqavilə bağladıq.

- Millidə əsas funksiyalarınız nədən ibarət olacaq?

- Mənim işim futbolçuları izləmək, istedadlı oyunçuları üzə çıxarıb, onları federasiyaya, millinin məşqçilərinətəklif etməkdir. Yekunda hər şeyə baş məşqçi qərar verəcək.

- Bilirsiniz ki, bu iş üçün ölkə xaricində güclü əlaqələriniz olmalıdır...

- Əlaqələr var, getdikcə bunu daha da genişləndirəcəyəm. Ümid edirəm ki, uğurlu alınacaq. Futbolun içindən çıxmışam, yəqin, çətinlik çəkmərəm.

Son xəbərlər
Bütün xəbərlər »