Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir
Teymur Rəcəbov

İki gün əvvəl Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlməklə 60 min dollar qazanan Teymur Rəcəbovun sürətli şahmat üzrə onlayn Çempionlar Turu çərçivəsində növbəti yarışının vaxtı bəllidir.

Bu turnirin növbəti mərhələsi 6-14 fevral (müntəzəm) tarixlərində keçiriləcək. Bu yarışda qalib 30 min, finalçı 15 min dollar qazanacaq.

Bundan başqa, Çempionlar Turunun 13-21 mart (əsas), 24 aprel - 2 may (müntəzəm), 23-31 may (əsas), 26 iyun – 4 iyul (müntəzəm), 31 iyul – 8 avqust (müntəzəm), 28 avqust – 5 sentyabr (müntəzəm) və 25 sentyabr – 3 oktyabr (final) tarixlərində mərhələləri keçiriləcək.

Qeyd edək ki, hazırda Teymur Rəcəbov yarışın baş tutmuş iki mərhələsi – “Skilling Open” (22-30 noyabr) və “Airthings Masters” (26 dekabr – 3 yanvar) turnirləri üzrə turnir cədvəlinə başçılıq edir. Şahmatçımız ilk yarışda 3, ikincidə 88 xal toplamaqla 91 xal qazanıb.

İkinci sırada “Skilling Open”ın qalibi Uesli So (ABŞ) gedir. Filippin doğumlu idmançının 62 xalı var. Levon Aronyan (Ermənistan) və klassik şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) 50 xala malikdir.

Onu da bildirək ki, müntəzəm və əsas turnirlərin fərqi reqlamentdə və mükafat fondundadır. Belə ki, əsas turnirlərdə mükafat fondu 200 min, müntəzəmdə 100 min dollardır. Final mərhələsində isə 300 min dollar şahmatçıların tutduğu yerdən asılı olaraq paylanılır.(oxu.az)

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »