Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.
Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 13-də başa çatacaq.