Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanacağın qiymətinin artırılmasından sonra kompensasiya veriləcək - Deputat
Milli Məclis

“Benzinin qiyməti Avropada çox bahadır, qonşu ölkələrdə də vəziyyət belə idi. Məsələn, Gürcüstanda yanacaq baha olduğu üçün insanlar benzini oraya aparırdılar. Xatırlayırsınızsa, 2013-cü ildə dizel, 2017-ci ildə isə Aİ-92 markalı benzinin qiymətini artırmışdılar. Həmin müddətdən sonra yanacağın qiymətində artım olmayıb.

Hökumət üzvləri bildirirdilər ki, dəfələrlə pensiyaların, əmək haqqlarının orta miqdarı atırılıb. Zərurət yaranırdı ki, yanacağın qiyməti digər ölkələrlə kəskin fərqlənməsin. Eyni zamanda qeyd olunur ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Məlumata görə, hökumət sərnişindaşıma ilə əlaqədar kompensasiyanın verilməsini nəzərdə tutub”.

Tahir Kərimli Tahir Kərimli

Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, bu, gediş haqqının artırılmaması üçündür: “Digər sahibkarlar üçün də kompensasiya nəzərdə tutulub. Elə etmək lazımdır ki, yanacağın qiymətinin artırılması baza qiymətlərinə təsir etməsin. Yəni, əsas daşınma xərclərinin artmamasına nail olmaq lazımdır. İstəyimiz odur ki, bu addımlar insanların güzəranına mənfi təsir etməsin”.

Qeyd: Tarif Şurasının yanvarın 4-də keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »