Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada narkotik satan şəxslər tutulub
Narkotik

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Orxan Ərəbov idarə etdiyi naqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən şəxsi baxış zamanı nəqliyyat vasitəsindən bir ədəd kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »