“İlin sonlarına yaxın xəstə sayında azalma proqnozlaşdırılmışdı. Amma bu qədər yox. Mən yeni ilə 1000 civarı sayda girəcəyimizi hələ dekbarın 15-də təxmin etmişdim. Səbəb isə ikinci dalğanın sönməyə doğru getməsi və kütləvi şəkildə hamının xəstələnməsi idi”.
Bizimyol.info-ya açıqlama verən həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, yoluxanların sayının 300-lərə enməsi yalançı say idi və reallığı əks etdirmirdi.

“Yalançı deyəndə, yeni il ərəfəsində əhalinin başının yeni il tədbirlərinə qarışması və test verməyə getməməklərini, qısa desək başlarının başqa işlərə qarışmasını nəzərdə tuturam. Əgər diqqət etsəniz, test sayı da 4000-lərə düşdü. Amma faiz ortalaması ilə götürdükdə xəstə sayı çoxalmış görünür. 4000 testdən 400 xəstə 10% edir. Bunun isə bir izahı var. Yalnız özünü narahat hiss edib buna məcbur qalanlar test verdi. Yeni ilin ilk günündə say yenidən 800-ə qalxdı. Bu da normaldır, çünki bayram bitdi və problemlər yada düşdü. Üzümüzə gələn günlərdə xəstə sayında yeniden artım olarcaq. Hətta 1500-2000 kimi rəqəmlər də görə bilərik. Səbəb yenə sadə və məlumdur. Bir yandan yeni il qutmaları ilə əlaqədar kütləvi qonaqgetmələr, əhalinin bir hissəsinin rayonlara səfəri, digər tərəfdən isə şəhidlərimizin qara bayramı ilə əlaqədar kütləvi məzar ziyarətləri. Yəni say qalxacaq və bundan qorxmaq lazım deyil, çünki yanvarın 15-dən sonra ikinci dalğanın sönməsini müşahidə edəcəyik. Fikrimcə yanvar ayının sonuna yenə 200-400 kimi rəqəmlərlə girəcəyik ki, bu da qış ayları üçün normaldır. Bundan sonra nə olacaq və hökümət nə etməlidir? Məncə növbəti sərtləşmə və sms sistemi yanvarın 18-i mütləq bitməli, ölkə normal həyata mərhələ-mərhələ getməlidir. İş yerləri restoranlar açılmalıdır. Çünki xalq müharibədən maddi olaraq bitmiş durumda çıxıb. Bu gün “niyə 1000 adamın getdiyi market açıqdır, amma 2 adamın girdiyi paltar dükanı bağlıdır?” sualını hamı verir. Ümimiyyətlə yanvar, mart ayları arasında mərhələli olaraq bütün sektorları açmaq hətta Mall və AVM-lər belə fəaliyyətə başlamalıdır”.
Həkimin sözlərinə görə, mart ayında üçüncü dalğanın gəlməsi gözlənilir: “Üçüncü dalğaya həm xəstəxana, həm dərman tədarükü görülməli, amma bununla belə əhalinin evinə ehtiyac pulu aparmasına şərait yaradılmaldır. Hökümətə və OQ bu haqda düşünməyi tövsiyyə edirəm. Əhalinin maddi durumu ciddi sayılacaq qədər sıxıntılıdır”,- deyə qeyd edib.
Leyla Mirzə