Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanacağın qiymətindəki artım ictimai nəqliyyata təsir etməyəcək - Deputat
Azər Badamov

Aİ 92 benzininin və dizel yanacağının qiymətindəki artımın ictimai nəqliyyatda gediş haqlarını artıracağını düşünmürəm. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması pərakəndə şəkildə baş vermir, bu məsələni də Tarif Şurası nəzarətdə saxlayır:

“Yəni, ictimai nəqliyyatda gediş haqları ancaq Tarif Şurası tərəfindən artırıla bilər. Hələ ki, belə bir qərar müzakirə olunmadığından ictimai nəqliyyatda gediş haqların artmasından danışmaq olmaz. Taksi xidmətlərində gediş haqların artması isə ayrı-ayrı müəssisələrdən asılıdır.

Taksi xidmətləri göstərənlər özləri gediş haqqını müəyyənləşdirirlər. Düşnürəm ki, burada da ciddi artım müşahidə olunmayacaq. Çünki taksi xidmətində güclü rəqabət var və operator şirkətlər daha ucuz xidmət tətbiq etməklə bazarda cəlb ediciliklərini artırmaq istəyirlər. Hətta Bakıda elə taksi xidmətləri fəaliyyət göstərir ki, onlardan istifadə etmək öz şəxsi avtomobilini sürməkdən daha sərfəlidir”.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »