Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Benzin qiymətində sürpriz - Qısa müddətdə devalvasiya olmayacaq
Benzin - yanacaq

Ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.Yeni tariflər bu gündən tətbviq edilməyə başlayacaq.

Nazirlər Kanineti

Tarif Şurasının açıqlamasına görə, 2022 və 2023-cü ilə kimi dizel və Aİ-92 benzininin AVRO-5 standartına keçilməsi üçün qiymət qalxıb. Bu isə o deməkdir ki, o vaxta kimi keçid alınmasa qiymətlər əvvəlki vəziyyətinə qayıda bilər.

Bunda əlavə, Əmlakın Dövlət Reyestrdən Çıxarışı artıq elektron olacaq. Amma informasiya texnologiyaların tətbiqinin genişləndirilməsi xərcinin artmasına görə, xidmətlərin qiymətində də artım olacaq. Burdan da o anlaşılır ki, bu addımlar mal (xidmət) keyfiyyətinin və səviyyəsinin artırılması məqsədi ilə atılır. Amma aşağı xidmət göstərən dövlət qurumlarının heç birində xidmət haqqı niyəsə aşağı salınmır?!

Rəşad Həsənov Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənovun fikrinə görə, əslində məsələyə bir neçə aspektdən baxmaq olar.

“Bir nefti idxal edən ölkələrdə əslində dollar bahalaşanda benzin bahalaşır. Dünya bazarında dollar bahalaşanda neft də digər əmtəələr kimi qismən ucuzlaşır. Amma söhbət Azərbaycandan gedirsə və əgər benzinin bahalaşmasında səbəb büdcə gəlirlərini artırmaqdırsa bu zaman dollar özü də neft funksiyasını yerinə yetirə bilir. Yəni büdcənin dollarla gəlirlərini daha baha qiymətə manata çevirərək büdcəni doldurmaq yolu. Amma hazırda görünən odur ki, qısa müddətli dövrdə , hesab edirəm ki, bu 3-6 ay ola bilər, hökumət devalvasiyaya getməyəcək”,- deyə iqtisadçı Bizimyol.info-ya bildirib.

İlhamə

Paylaş »
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Türkiyənin Qarabağda Birgə Mərkəzdə işi nədən ibarət olacaq... - Açıqlama
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
Son xəbərlər
Bütün xəbərlər »