Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın Beyləqan rayonunun İmamverdili kəndində baş verib.
Belə ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sumqayıt şəhərində də yanğın hadisəsi baş verib.
Ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində ev əşyaları 15 m² sahədə yanıb.
Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.