Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 5 yanvar, 2021
Bürclər

Bizimyol.info 2021-ci il 5 yanvar günü üçün ulduz falını təqdim edir:

Qoç - Qoçlar üçün əlverişli gün olacaq. Ancaq bürcün bəzi nümayəndələri müəyyən problemlərlə qarşılaşa bilərlər. Əks cinslə ortaq dil tapmaq çətin olacaq.

Bu gün dostların Qoçdan kömək istəməsi mümkündür. Qoçlar uzun səfərlərdən çəkinməlidirlər. Xoşagəlməz nəticələr ortaya çıxa bilər.

Buğa - Gün Buğa bürcü üçün çox da əlverişli deyil, amma buna baxmayaraq, yaxşı əhval-ruhiyyədə olacaqlar.

Günü sevdiklərinizin əhatəsində keçirməyiniz məsləhətdir. Bürcün tənha nümayəndələri dostları ilə görüşə gedə bilərlər.

Əks cinslə münasibətlərdən çəkinmək tövsiyə olunur, bunun xoşagəlməz nəticələrinin olacağı gözlənilir.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Xüsusən işləmək məcburiyyətində qalanlar üçün gözlənilməz və çətin bir gün olacaq. Bürcün nümayəndələri problemlərini özləri həll etməli və kimsəni öz problemlərinin həllinə cəlb etməməlidir.

Eyni yanaşma şəxsi həyat üçün də keçərlidir, problemləriniz barədə heç kimə danışmayın. Həmkarlarınızdan bəziləri sizə qarşı vicdansızlıq edə bilər - diqqətli olun!

Xərçəng - Çox vacib qərarlar verməli olacağınız bir gündür. Düşünməyə vaxtınız ço da olmayacaq. İntuisiyanıza etibar etməli, ürəyinizi dinləyib ona uyğun qərarlar verməlisiniz.

Bürcün subay nümayəndələri imicləri barədə düşünməlidirlər. Görkəminizi dəyişdirməyin və qarderobunuzu yeniləməyin vaxtı gəlib.

Bu gün Xərçənglər yolda qarşılaşacaqları küçə heyvanlarından ehtiyatlı olmalıdırlar.

Şir bürcü Şir bürcü

Şir - Gün yeni planlar qurmaq üçün əlverişlidir. Uzaq gələcəyiniz üçün arxayın şəkildə yeni iş planları qura bilərsiniz.

Gərəksiz və böyük satınalmalara çox pul xərcləməyin, çünki tezliklə çoxdan arzuladığınızı almaq şansınız yaranacaq.

Şirlər köhnə iş yoldaşları ilə görüşməkdən çəkinsələr, yaxşıdır.

Qız - Bu gün böyük ümidlər, pozitiv görüşlər və parlaq dəyişikliklər zamanıdır.. Ola bilsin ki, bu günü Qızlara həyatlarını yaxşılığa doğru dəyişdirəcək bir səyahət təklifi edilsin.

Bürcün nümayəndələri çoxlu sayda insanların toplaşdığı ictimai yerlərdən uzaq dayanmalıdırlar. Xoşagəlməz sürprizlər baş verə bilər.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Tərəzilər üçün çox əlverişli bi gün olacaq, başladıqları bütün ev işlərini və layihələrini bitirə biləcəklər. Amma gün ərzində diqqətli və ehtiyatlı olmaq lazımdır ki, qanqaraldıcı detallar ortaya çıxmasın.

Axşam saatlarında bir az rahatlaşıb gücünüzü bərpa edə bilərsiniz.

Bu gün Tərəzilər ictimai yerlərdən və uzaq səyahətlərdən çəkinməlidirlər.

Əqrəb - Bu gün Əqrəblərin xarakterinin ən pis xüsusiyyətləri özünü göstərəcək. Ona görə də Əqrəblər üçün əlverişsiz gün ola bilər.

Xəstələnməkdən qorunmaq üçün isti geyinmək lazımdır, xüsusən də immuniteti zəif olanlar ehtiyatlı olmalıdırlar.

Zahiri görünüşünüzə qayğı göstərin və təzə pal-paltar almaq barədə fikirləşin.

Əqrəblər bu gün mərdimazar insanlardan ehtiyatlı olmalıdırlar.

Oxatan - Oxatan bürcü üçün maliyyə sahəsində əhəmiyyətli bir gün olacaq. Sizdən əlavə iş görməyinizi istəyən rəhbərliyə etiraz etməyin. Bu gün göstərəcəyiniz bütün səylərin əvəzi artıqlaması ilə dəniləcək.

Bürcün nümayəndələri əlavə iş təkliflərini qəbul etməlidirlər.

Oxatanlar avtomobillərdən ehtiyatlanmalı və yolda diqqətli olmalıdırlar.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Bu gün Oğlaqlar bir qədər düşüncəsiz və təkəbbürlü davranacaqlar ki, bu da öz öhdəliklərinə əməl etmələrində problemə çevriləcək.

Bu gün peşə fəaliyyətlərində bir qədər hərəkətsiz qalmalısınız, çünki nə iş görsəniz və necə görsəniz də, rəhbərlik və ətrafdakı insanlar narazı qalacaqlar.

Oğlaqlar həmkarlarından gözlənilər fırıldaqçılıq və xəyanətdən ehtiyatlanmalıdırlar. Xüsusən də hər hansı bir sənədi imzalayarkən hər şeyi diqqətlə oxumağınız lazımdır.

Dolça - Sevdiyiniz idmanla və ya fiziki işlə məşğul olmağınız üçün yaxşı bir gündür. Dolçaların dostları ilə görüşə getməsi mümkündür.

Bürcün subay nümayəndələri gələcək ömür-gün yoldaşı ilə rastlaşa bilər, ona görə evdə oturmamalı, əksinə, axtarışda olmalısınız. Amma tanımadığınız adamlarla ünsiyyət zamanı diqqətli olun.

Balıq bürcü Balıq bürcü

Balıq - Gün başqaları ilə harmoniyanı bərpa etmək üçün əlverişlidir. Balıqlar başladıqları bütün işləri başa vurmaq və həmkarları ilə münasibətləri yaxşılaşdırmaq üşün yaxşı fürsət yaxalayacaqlar.

Günün sonlarına yaxın Balıqlar pis adamların hiyləgərliyindən qorunmağa hazır olmalıdırlar. Tanımadığınız adamlarla uzun söhbətlərə baş vurmayın.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
Son xəbərlər
Bütün xəbərlər »