Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "Sosial şəbəkələrdə təxribat xarakterli məlumat yayanlar barəsində sərt tədbirlər görüləcək"
Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya Qəbələ rayonunun Nic kəndində bayram günü atəşfəşanlıq olması və bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edən bir qrup şəxsin həmin kəndə hücum edərək sakinləri təhqir etmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında sosial şəbəkələrdə yayılan təxribat xarakterli bu məlumatların yalan və uydurma olduğunu deyib: "Bildiyiniz kimi Nic kəndində əsrlər boyu azərbaycanlılarla yanaşı, udin millətinin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün azsaylı millətlərin nümayəndələri kimi udinlər də böyük şücaət göstəriblər. Vətən Müharibəsindən sonra həmin kəndin sakinləri olan udinlər işğaldan azad olunmuş ərazilərdəki qədim alban kilsələrini ziyarət edərək dini ayinlər yerinə yetiriblər. Görünür, bu kimlərinsə xoşuna gəlmədiyi üçün yalan və uydurma xarakterli məlumatlar yayaraq əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşayan millətlərin arasında nifaq salmağa, təxribat törətməyə çalışır. Lakin Daxili İşlər Nazirliyi hər zaman olduğu kimi bu dəfə də belə təxribatların qarşısını qətiyyətlə alır. Bildiririk ki, sosial şəbəkələrdə təxribat xarakterli belə məlumatlar yayan şəxslər barəsində hüquqi müstəvidə sərt tədbirlər görüləcək!"

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »