Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məlik-Şahnəzəryan: Azərbaycan Naxçıvan tərəfdə daha bir kəndi geri alacaq - Foto
Məlik-Şahnəzəryan: Azərbaycan Naxçıvan tərəfdə daha bir kəndi geri alacaq - Foto

Zəngəzur mahalının ərazisi sayılan, Ermənistanın zəbt etdiyi Şurnuxu kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçir.

Ermənistan cəmiyyəti bu qəbildən olan xəbərləri çox ağrılı qarşılayır. Qonşu ölkədə Azərbaycanın torpaqlarının qaytarılmasına həddən artıq çılğın reaksiya verirlər.

Azərbaycan nümayəndələri Şurnuxu kəndində Azərbaycan nümayəndələri Şurnuxu kəndində

Bizimyol.info xəbər verir ki, politoloq Qrant Məlik-Şahnəzəryan sosial şəbəkədə Ermənistan hakimiyyətini ciddi ittiham edən yazı paylaşıb. Onun yazdığına görə, Azərbaycan Şurnuxudan sonra başqa bir kəndi də alacaq. Məlik-Şahnəzəryan Ermənistanın ələ keçirdiyi və sonradan "Tiqranaşen" adlandırdığı Kərki kəndini nəzərdə tutur.

“Biz Şurnuxunun SSRİ dövründə hansı respublikanın ərazisində yer aldığını müzakirə etdiyimiz vaxtda satqın Nikol Qarabağdan qüvvələrimizi çıxarır. Yerdəyişmə adı ilə uşaqları Ermənistana yollayırlar. Sonra isə elan edirlər ki, Azərbaycan hərbi qulluqçularımıza geri qayıtmağa imkan vermir. Bu, həmişə təkrar olunur. Düzünü deyim ki, bizim xalqın vətənə belə biganəliyi məni çox sarsıdır. Kütləni bir kənara qoyaq, bəs intellektual kəsim? Bəs siyasi, hərbi, mənəvi elita? Bu satqın bütün xalqı necə aldada bilərdi? Bilin ki, Şurnuxunun ardınca Ararat vilayətindəki Tiqranaşen də təhvil veriləcək. Amma bunu haradan öyrəndiyimi soruşmayın”.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Məlik-Şahnəzəryan bundan sonra diqqəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin ayyarım əvvəlki açıqlamasına çəkir. Orada nəzarət-keçid məntəqələrindən birinin Ermənistanda Yerasx adlandırdığı, İrəvan quberniyasının Arazdəyən kəndi yaxınlığında yerləşəcəyi qeyd olunub. Digər məntəqə isə Paruyr Sevakda olacaq. Məlik-Şahnəzəryan coğrafi mövqeni qabardaraq bildirir ki, bu halda Kərki Azərbaycanın nəzarətinə veriləcək.

Kərki əvvəllər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olub. Kənd 1990-cı ildə zəbt olunub. Bundan sonra Kərkinin didərgin salınmış əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda qəsəbə salınıb. Qəsəbə Yeni Kərki adlandırılıb. Burada təxminən 400 nəfər yaşayır.

Naxçıvanın Kərki kəndi Naxçıvanın Kərki kəndi

Tarixi mənbələr kərki tayfasının Azərbaycana orta əsrlərdə qıpçaqların tərkibində gəldiyini göstərir. Kəndi məhz bu tayfanın formalaşdırdığı göstərilir.

Son xəbərlər
Bütün xəbərlər »