Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pakistan Türkiyəyə nüvə silahı verəcək" - Hindistan mətbuatı
Pakistan bayrağı

Türkiyə və Pakistan Ankaraya raket-nüvə texnologiyalarının verilməsi haqqında danışıqlar aparırlar.

Bu iddianı Hindistanın “Nyus İndia” qəzeti yayıb.

Məlumatda nüvə mövzusunun dekabrın sonunda Ankarada Türkiyə-Pakistan ali səviyyəli hərbi dialoq qrupunun iclasında müzakirə edildiyi bildirilib. Türkiyə nümayəndə heyətinə danışıqlarda Baş Qərargah rəisinin müavini general Səlcuq Bayraqdaroğlunun, Pakistan tərəfinə isə müdafiə məsələləri üzrə dövlət katibi general Mian Məhəmməd Hilan Hüseynin rəhbərlik etdiyi vurğulanıb.

Bununla bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi Kamar Cavad Bacvdan nüvə silahı istehsalı və hazırlığı texnologiyalarını Ankara ilə bölüşmələrini şəxsən xahiş etdiyi bildirilib. Ankaranın bu istəyinə Pakistanın hərbi rəhbərliyi razılıq verib.

Qəzet, həmçinin guya Pakistan alimlərinin hazırda Türkiyəyə raket istehsalının gücünün artırılması ilə bağlı yardım etdiyini yazıb. (axar.az)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »