Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasını rədd edib
Britaniya

London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “Wikileaks”in qurucusu Culian Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd edib.

“RİA Novosti” xəbər verir ki, ABŞ tərəfinin vəkilləri, çox güman, apellyasiya şikayəti verəcəklər.

Hökmü açıqlayan Baraytser Assanjın sağlamlığının ekstradisiya tələbini rədd etmək üçün yeganə səbəb olduğunu da qeyd edib.

“Müdafiə tərəfinin son substantiv arqumenti Assanjın səhhəti ilə əlaqədardır. Mən bir müddət onun sağlamlıq vəziyyətini və psixiatrların hesabatlarını araşdırdım... ABŞ-da ona qarşı ciddi təcridetmə ilə bağlı xüsusi inzibati tədbirlərin tətbiq oluna biləcəyini nəzərə aldım. Bu, Assanjın psixoloji sağlamlığına mənfi təsir göstərə bilər”, - hakim deyib.

Onun fikrincə, depressiya, autizm spektrinin pozğunluğu və Asperger sindromundan əziyyət çəkən Assanj yenidən intihar etmək barədə düşüncələrə dala bilər.

2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.

Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.(report)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »