İranda son sutka ərzində 6073 nəfər koronavirusa yoluxub, 110 pasiyent vəfat edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranda virusa yoluxanların ümumi sayı 1 249 507, ölənlərin sayı isə 55 650 nəfərə çatıb.
Ölkədə indiyədək 1 020 737 xəstə koronavirusdan sağalıb.