Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvan yaxınlığında vurulan rus helikopteri ilə bağlı ittiham ağırlaşdırılıb
Vertalyot

Hazırkı maddə ilə Rusiya helikopterini vurana ömürlük həbs cəzası tələb edilir, birinci halda yeddi ilə qədər həbs cəzası nəzərdə tutulurdu.

Rusiya hərbi müstəntiqləri, Ermənistan-Azərbaycan sərhədində rus hərbi helikopterinin vurulması ilə əlaqədar cinayət işini daha ağır bir maddəyə (qəsdən adam öldürmə) aid edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması və ya onlara hazırlıq, ehtiyatsızlıqdan ölümlə nəticələnmə) açılan cinayət işi yenidən daha ağır bir maddəyə - 105-ci maddənin 2-ci hissəsinə (iki və ya daha çox şəxsin qəsdən öldürülməsi) uyğun olaraq qaldırılıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, birinci halda yeddi ilə qədər həbs cəzası nəzərdə tutulurdusa, ikinci halda ömürlük həbs cəzası tələb edilir.

Qeyd edilib ki, bu qərar iş çərçivəsində aparılmış istintaq və əməliyyat tədbirlərinin nəticələrinə əsasən verilib.

"Cinayətin dəlilləri nə qədər aşkar görünsə də, müstəntiqlər əvvəlcə bu cür hadisələrin araşdırıldığı maddəyə əsasən cinayət işi başlamalı idilər. Ardınca hadisənin daha dəqiq qiymətləndirilməsi üçün materiallar toplanmalı idi", - deyə mənbə bildirib.

İstintaqın nə qədər vaxt aparacağı hələ məlum deyil.

Məlumata əsasən, iş Gümrüdəki (Ermənistan) Rusiya bazasındakı hərbi müstəntiqlər tərəfindən araşdırılır.

Xatırladaq ki, RF Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun daha əvvəl də bildirdiyinə görə, Mi-24 hücum helikopteri keçən il 9 noyabr axşamı Ermənistanın hava məkanında, döyüş bölgəsindən kənarda vurulub.

Hadisə zamanı iki rus hərbçisi ölüb, biri isə yaralanıb.

Hadisə təxminən 18:30 (Moskva vaxtı ilə 17:30) baş verib. Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, helikopter 102-ci Rusiya hərbi bazasının karvanını Ermənistan ərazisindən keçərək Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasının (Azərbaycan) sərhədinə yaxın Ermənistanın Yerasx qəsəbəsi yaxınlığında hava məkanında müşayiət edib.

Həmin günün axşamı Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəsə dair üçtərəfli bəyanatı imzalanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Mi-24-ün Azərbaycan hərbçiləri tərəfindən Ermənistan ərazisi üzərində təsadüfən vurulduğunu bildirib.

"Azərbaycan tərəfi qəza xarakteri daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyir" deyə XIN-in bəyanatında qeyd edilib.

Eyni zamanda Azərbaycan tərəfi müvafiq təzminat ödəməyə hazır olduğunu da açıqlayıb.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »