Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Ermənistan hökuməti nəinki Qarabağdakı ermənilərə, heç öz əhalisinə dəstək ola bilməyəcək”
Vüqar Bayramov

“Əvvəldən proqnozlaşdırıldığı kimi, müharibədən sonra Ermənistan iqtisadiyyatının tənəzzülü davam edir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Ermənistan iqtisadiyyatında 2020-ci ildə 8 faizə yaxın azalma müşahidə olunub”.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayının ortalarında Ermənistan rəsmi olaraq, iqtisadi azalma ilə bağlı göstəricilərini elan etməsi gözlənilir:

“Eyni zamanda, bu ölkədə xarici borc asılılığında da kəskin artım var. Ölkədə dövlət zəmanəti hesabına alınan borc da daxil olmaqla, xarici dövlət borcu 8 milyard dollardan çoxdur və Ümumi Daxili Məhsulun 60 faizini üstələyir. Ölkənin rezervləri isə cəmi 2 milyard dollar təşkil edir. Bu zaman Ermənistanın regionda ən böyük borc asılılığı olan ölkə olduğunu qeyd etmək lazımdır”.

Millət vəkili bildirib ki, Ermənistanın sosial göstəricilərində ciddi pisləşmə var:

“Belə ki, hazırda Ermənistanın rəsmi statistikasına görə hər üç nəfərdən biri yoxsul, hər dörd nəfərdən biri isə işsizdir. Beynəlxalq hesabatlarda Ermənistanın yoxsuluq və işsizlik səviyyəsi üzrə olan rəqəmləri daha acınacaqlıdır. Bu isə ondan xəbər verir ki, orada sosial problemlər də artmaqda davam edir”.

“Ermənistan artıq bəzi sosial öhdəliyi yerinə yetirməkdə çətinliklə üzləşməkdədir. Gözlənilir ki, bu il də ölkədə tənəzzül davam edəcək. 2020-ci ildə Ermənistanda milli valyutada dəyərsizləşmə oldu. Bunun da mənfi sosial effektləri var. Bu il də yoxsulluq və işsizlik səviyyəsinin artması gözlənilir. Növbəti dövrdə də Ermənistan iqtisadiyyatındakı azalmanın davamını müşahidə edəcəyik”, - deyə V.Bayramlı əlavə edib.

Millət vəkili vurğulayıb ki, Ermənistanın iqtisadi vəziyyəti onu göstərir ki, artıq Qarabağda yerləşən erməniləri maliyyə baxımından dəstəkləmək imkanına malik deyil:

“Getdikcə iqtisadiyyatın da tənəzzülə uğraması ondan xəbər verir ki, Ermənistan əhalisi və digər ermənilər aclıq, səfalət içində yaşamağa davam edəcəklər. Çünki Ermənistan Dağlıq Qarabağda yaşayan erməniləri əvvəlki kimi dəstəkləmək imkanı olmayacaq. Ermənistan dövlət gəlirini işğal altında olan ərazilərimizdəki təbii ehtiyatlarını satmaqla da əldə edilirdi. Artıq ərazilərimiz işğaldan azad olunub. Azərbaycan dövləti həmin ərazilərdə təbii və mineral ehtiyatların hasilatını özü həyata keçirəcək. Bu da onu göstərir ki, 2021-ci ildə Ermənistana daxil olan valyuta həcminin də kəskin azalmasını müşahidə edəcəyik.

Hazırda sosial təminat baxımından Azərbaycan Cənubi Qafqazın ən çox sosial proqramları olan və güclü sosial təminatı olan ölkəsidir. Alıcılıq qabiliyyətinə görə, minimum əmək haqqı məbləğinə görə Azərbaycan MDB-də ikincidir”.

Qeyd edək ki, əvvəllər Dağlıq Qarabağa sərf edilən 250 milyon dolların 150 milyon dolları Ermənistanın hesabına, qalan 100 milyon dolları Kəlbəcər, Zəngilan və digər yerlərdə olan yataqların hesabına ödənilirdi. İndi nə o torpaqlar, nə də qızıl yataqları var. Rusiyaya da faktiki olaraq bu əraziyə pul ayırmaq sərf etmir. Bu o deməkdir ki, Ermənistan 250 milyon dolları özü ödəməlidir. Bunu nəyin hesabına ödəyəcəyi məlum deyil. Təbii ki, bundan sonra Qarabağda yaşayacaq ermənilər arasında aclıq səfalət daha da geniş yayılacaq.(oxu.az)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »