Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı hərbi ekspert: “Bu il Qarabağda konflikt yenidən qızışa bilər”
Şuşaya giriş

“2021-ci ildə hərbi qarşıdurmalar Dağlıq Qarabağ, Donbas və Suriyada davam edəcək. Eyni toqquşmalar Kuril adalarında, Belarusda və Şimal dəniz dəhlizində də mümkündür”.

Musavat.com kr.ru-ya istinadən xəbər verir ki, belə bir proqnozla rusiyalı hərbi ekspert Aleksey Leonkov çıxış edib.

Onun sözlərinə görə, “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı münaqişə bu il gizli şəkildə davam edə bilər”. Mütəxəssis hesab edir ki, əgər müharibənin nəticələri bütün tərəfləri qane etsəydi, konflikt bitərdi. “Münaqişənin həlli böyük ölçüdə Rusiya sülhməramlılarının hərəkətlərindən asılı olacaq”, - deyə o ehtimal edib.

Sözünə davam edən hərbi ekspert deyib: “Donbas, Türkiyə və Ukraynanın Krım uğrunda əməliyyat keçirməyə çalışacağı bir yerə çevriləcək. Bu Krım yarımadası ətrafında artan gərginliyin müqəddiməsi ola bilər. Hərbi aviasiyanın rolunu pilotsuz təyyarələr həyata keçiriləcək. Dnestryanı bölgədə (Moldova - red.) isə Rusiya sülhməramlılarının varlığı münaqişəyə gətirə bilər”.

Leonkov “Rand Corporation”un 2019-cu ildə “Rusiyanın cilovlanması və ona qarşı ön tədbirlər” haqda hesabatını öz proqnozları üçün arqument qismində göstərir. Həmin sənəddə Güney Qafqaz, Orta Asiya və Dnestryanı bölgədən bəhs olunur.

Ekspert Ukraynada təlim keçmiş “diversiya qrupları”nın Belarusa nüfuz etməsini təxmin edir. Onun fikrincə, intiharçı hücumlar da baş verə bilər.

“Həmçinin yapon balıqçılarının da iştirakı ilə Kuril adaları yaxınlığındakı sularda təxribatlar gözlənilir. Kuril adaları möhkəmləndirilmiş bir əraziyə çevrilir və yaponlar adalarda sərhədlərin və hərbi komponentlərin olmasına dair həyəcan siqnalı verirlər. Şimal dəniz yoluna gəlincə isə, NATO ölkələri və ABŞ təxribatlar hesabına “Arktika kartı”nı oynamaq cəhdlərindən əl çəkməyəcəklər. Məsələn, Berinq boğazında ABŞ hava qrupunu gücləndirməyə hazırlaşır”, - deyə o əlavə edib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
››› Navalnı Moskvada saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »