Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəcəbova məğlub olan Aronyan öz itinə müraciət etdi - Foto
Teymur Rəcəbov, Levon Aronyan

Xəbər verdiyimiz kimi, şahmat üzrə Airthings Masters çempionatında birinciliyi Azərbaycanın şahmat ustası Teymur Rəcəbov qazanıb.

Amma bu qələbə əvvəllər əldə edilmiş şahmat uğurlarından fərqlənir. Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük qələbədən sonra şahmat yarışmasında da intriqa yaradan mənzərə ortaya çıxmışdı: Bu dəfə də Azərbaycanın rəqibi Ermənistan idi.

Bizimyol.info xəbər verir ki, yarışmanın finalında çempionluq titulu uğrunda Teymur Rəcəbova qarşı Ermənistan təmsilçisi Levon Aronyan "döyüşürdü". Məhz bu detala görə final qarşılaşmasına təkcə bu iki ölkədə və Rusiyada deyil, bütün dünyada maraq göstərilirdi.

Ermənistan cəmiyyəti böyük yenilgidən sonra kiçik təsəlli axtarışında idi və bunu Aronyandan gözləyirdi. Amma bildiyiniz kimi, Rəcəbov Ermənistanı bu təsəllidən də məhrum etdi. Bazar günü baş tutan qarşılaşmanın hər iki mini-matçında Rəcəbov 2,5:1,5 və 2:1 hesablı qələbələrlə Aronyanın və ölkəsinin ümidlərini qırdı.

Qeyd edək ki, çempionat iki mərhələdə keçirilirdi: Dairəvi turnir qaydasında ələmə keçirilmiş, ardınca nokaut-sistemi üzrə 8 ən güclü şahmatçı müəyyən edilmişdi. Hər nokaut mərhələsində 2 qarşılaşma olmaqla 4 rapid-partiya, tay-breyk, zərurət olarsa, armageddon oynanılırdı.

"Play Magnus Group" tərəfindən təşkil edilmiş yarışma dekabrın 26-dan yanvarın 3-nə qədər davam edib. Mükafat fondu ümumilikdə 200 min dollar idi, çempion 60 min dollar əldə edib.

Rəcəbov qarşısında aldığı məğlubiyyətdən sonra Aronyan açıqlama ilə çıxış edib. O, öz sosial şəbəkə hesabından müraciət edib. Amma nə qədər qəribə də olsa, Aronyan öz fikirlərini qucağında tutduğu itə xitabən açıqlayıb: "Bu, yaxşı bir mübarizə idi, Ponçik! Gələn dəfə biz hamısını udacağıq, söz verirəm! Uşaqlar, dəstəyə görə təşəkkür edirəm!"

Levon Aronyan Levon Aronyan

Ermənistandan olan sosial şəbəkə izləyiciləri Aronyana 2-ci yer münasibətilə təbriklər yağdırsalar da, məsələnin Rəcəbovla bağlı hissəsinin üstündən sükutla keçiblər.

Əvəzində bu məsələni Azərbaycandan olan sosial şəbəkə izləyiciləri diqqətə çatdırıblar. Azərbaycanlı izləyicilər bu məğlubiyyəti də döyüş meydanında aldıqları yenilginin yanına qeyd etməyi məsləhət görüblər. Bir izləyicimiz isə "ikibaşlı" təbriki ilə seçilib: "Azərbaycanın Rəcəbovu çempion oldu! Amma sən də ikinci yerə görə təbrikə layiqsən!".

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »