Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden administrasiyası İranla bağlı şərtlərini açıqlayıb
Co Bayden

ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin administrasiyası İranın nüvə məsələsi ilə bağlı anlaşmaya qayıdandan sonra onun raket proqramını məhdudlaşdırmağa çalışacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu C.Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmağa namizəd Ceyk Sallivan yanvarın 4-ü gecə saatlarında CNN televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası İranın nüvə proqramı ilə bağlı Əhatəli birgə fəaliyyət planına qayıtmağa Tehranın anlaşmaya tam əməl etməsi şərti ilə hazırdır.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ölkəsinin raket proqramına dair danışıqlar aparılmasının mümkün olmadığını bildirmişdi.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin 2015-ci ilin yayında Əhatəli birgə fəaliyyət planı imzalamışdı. ABŞ prezidenti Donald Tramp 2016-cı ilin əvvəlində İranın razılaşmanın şərtlərini pozduğunu bildirərək ölkəsini bu anlaşmadan çıxartmışdı.

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »