Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çıxış yolu olmayan vəziyyətdən çıxış axtaranların diqqətinə...
Ərzaq - Market

Azərbaycanda iş tapıb, işləyə bilən gənclərin böyük əksəriyyəti iş saatının çoxluğundan, zamanın çoxunu işə gedərkən yolda itirməkdən və maaş az olduğu üçün öz karyera inkişafları, təhsilə, istirahətlərinə zaman ayırmaq imkansızlığından gileylənirlər. Çoxları üçün bu vəziyyət çıxılmaz dalan kimi görünür. Günün 12 saatını marketdə işləyib, evindən işə gedib-gəlmək üçün yollarda 2 saat itirən, 400-500 manat maaşla ailə dolandırmağa məcbur olan gənc özünü necə inkişaf etdirməlidir?

Peşəkar idarəçi, biznes məsləhətçi Fəxri Ağayev Bizimyol.info-ya danışarkən bu sualı belə cavablandırır.

Fəxri Ağayev Fəxri Ağayev

“Bizim vəzifəmizdən, yaşımızdan, statusumuzdan asılı olmayaraq qarşımıza çətin vəziyyətlər çıxır. Bunu beton divar kimi görürük. Biz vəziyyəti dəyişə, beton divarı aşa bilmərik. Çıxış yolu nədir? Qarşımızda olan və ya içində olduğumuz şərtləri dəyişə bilmiriksə, qısa müddətli qurbanlar verməklə böyük nailiyyətlərə doğru getmək olar. Mən şikayət edib, yerimdə qala da bilərəm, amma şikayət edib, ayağa durub doğrulmağa can ata da bilərəm.

Hər gün Binqədidən Əhmədliyə marketə işləməyə gələn 24 yaşlı gəncin qarşısında faktlar var. O günün 12 saatını ayaq üstə xidmət edir. O xarici dil bilmir. Bilmək vacibdir. Diplomu yoxdur və ya varsa da biznes üçün faydalı biliyi yoxdur. Başqa bir fakt: bu gəncin dayağı, dəstəyi yoxdur. Maddi imkanları çox məhduddur. Sıçrayış edə bilmir. Zaman və enerji sıxıntısı var. Çox işləyir , çox yorulur. Nə etməlidir?

Bu gəncin əldə etməli olduğu 2 şey var. Bilik toplmalı və xarici dil öyrənməlidir. Bunu etmək üçün verdiyi qurban istirahəti və zamandır. Gənc hər gün 2 saatını yolda keçirir. Bu 2 saatın bir saatını kitab oxumağa sərf etsə, bu ayda 2, ildə 24 kitab deməkdir. Bu o demədr ki, söz ehtiyatı artacaq. Öz fikrini daha sistemli şəkildə ifadə edə biləcək. Həyata baxışları təkmilləşəcək. Oxuduğu kitab ixtisasyönümlü kitabdırsa, bu daha böyük uğur deməkdir.

İkincsi geri qalan yarım saata TEDx kimi inkişafetdirici videolar izləyə bilər. Son 30 dəqiqədə ingiliscə audio dərsləri dinləyə bilər.

Bəli, haqq verirəm ki, ictimai nəqliyyatda hər dəfə oturma, rahat getmək imkanı əldə edə bilmir. Bunun da həll yolu qulaqcıqla audokitablardan istifadə etməkdir. Burdan da eyni fayda və eyni nəticə əldə etmək mümkündür. Gəncimiz axşam evə gəlir. 8-də işdən çıxır. Yorğundur. Amma qarşısında seçim var. Öz inkşafına 1 saat da ayıra bilər. Yatmazdan öncə yarım saat ərzində peşəkar ikişafa həsr olunmuş 2 məqalə oxusa, bu bir il ərzində 720 məqalə edər. Bu 720 fərqli düşüncə, analiz və təhlil deməkdir. Vizionun genişləndirilməsi üçün bundan ucuz və gözəl alət ola bilməz.

Yorğunluq bir vərdişdir. Yeni işə başlayan bir gənc üçün ilk bir həftəni işləmək necə çətindirsə, inkişaf naminə hər gün bir saat oxumaq, audio kitab dinləmək də eyni dərəcədə çətinlik təşkil edəcək. Bu bir seçim məsələsi və vərdişdir. Çətindirmi? Bəli, çətindir. Amma tam məsuliyyətlə deyirəm ki, bu gün uğurlu bir iş adamı olaraq mən də eynisini yaşamışam. Hamımız bəzi hallarda qapalı dairə olan, çıxış yolu görünməyən vəziyyətlərə düşürük. Çıxış yolu görünməsə də, əslində çıxış yolu var və o bizim daxilimizdədir, bizim seçimlərimizə bağlıdır.

İndi qayıdaq gəncimizə. 1 il ərzində gəncimizin söz ehtiyatı, bilikləri, xarici dili güclənmiş olur və o özünə bir qədər daha yaxşı iş tapmaq potensialı əldə edir. Onu hər şirkət işə götürəcəkmi? Hər şirkətdə hər zaman vakansiyalar olmur. Lakin ruhdan düşmək olmaz. Yox. O əldə etdikləriylə yaxşı iş imkanlarını tapmaq ehtimallarını artırmış olur və bu addım ciddi sıçrayış üçün onun həyatında tramplin rolu oynayacaq.

Bu dediklərim üçün yaş məhdudiyyəti yoxdur. Uçurumun kənarından hər zaman geri dönüş imkanı var. Bu, bizim seçimlərimizdən asılıdır. Biz özümüz qərar verəcəyik, hər gün bir saat oxuyum, idman edimmi, yoxsa televiziya qarşısında uzanıb seriala baxım... Özüm qərar verirəm, hər gün 3-5 maraqlı məqalə oxuyum, yoxsa sosial şəbəkələrdə boş yerə vaxt keçirim. Amma bir həqiqət var, biz hər birimiz seçimlərimizin, atdıqğımız addımların hesabatını yaşayacaq, faydasını və ya zərərini görəcəyik. Uğurlu gələcək üçün savadlı, bilikli və əzmkar olmağı arzu edirəm”.

İlhamə Rəsulova

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »