Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreyada əhalinin sayı azalır, yaşlıların sayı isə çoxalır
UNO

Cənubi Koreyada keçən il ölənlərin sayının yeni doğulanların sayını ötməsi nəticəsində ölkə əhalisinin sayı əvvəlki illə müqayisədə azalıb.

Cənubi Koreya tarixində ilk dəfə əhalinin sayının əvvəlki illə müqayisədə azalması faktı ölkədə ötən ilin noyabrında aparılmış siyahıyaalmanın nəticələrində əksini tapıb. Keçən il ölkədə 275 min körpə doğulub, 307 min ölüm qeydə alınıb. Yeni doğulanların sayı 10,65 faiz azalıb, ölüm sayı isə 3,1 faiz artıb.

Cənubi Koreyanın Daxili İşlər Nazirliyinin siyahıyaalmanın nəticələrinə dair yaydığı məlumata əsasən, ölkə əhalisinin sayı 2020-ci ilin sonunda 51 milyon 829 min nəfər olub. Bu da 2019-cu ilin sonuna olan rəqəmdən təxminən 21 min nəfər azdır.

Nazirlik doğuş sayının azalmasının və yaşlıların sayının çoxalmasının hökuməti demoqrafik siyasətdə əsaslı dəyişikliklərə getməyə vadar etdiyini açıqlayıb. Statistikaya əsasən, yaşı 60-dan yuxarı olanlar ölkə əhalisinin 24 faizini, 50-60 yaşında olanlar isə 16,7 faizini təşkil edir. Bu rəqəmlər Cənubi Koreya əhalisinin sürətlə “qocalmasını” açıq şəkildə göstərir.(azərtac)

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
Son xəbərlər
Bütün xəbərlər »