Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 4 yanvar, 2021
Bürclər

Bizimyol.info 2021-ci il 4 yanvar günü üçün ulduz falını təqdim edir:

Qoç - Şəxsi enerjinizi istifadə etmədiyinizə görə motivasiyanız sürətlə pisləşə bilər. Bu gün dostlarınızla ortaq bir biznes təşəbbüsü nümayiş etdirə bilərsiniz. Başqalarının etdiyini bəyənmədiyiniz hallarda da mülahizə yürütməyə tələsməyin. Diqqətli və təmkinli olmaq məsləhətdir.

Buğa bürcü Buğa bürcü

Buğa - Tənhalıqdan bezəcəksiniz. Ünsiyyətdən qaçmağın dinclik gətirmədiyini başa düşəcəksiniz. Dostlarınızla bir araya gəlmək istəyəcəksiniz. Onlar da sizinlə ünsiyyətdən məmnun qalacaqlar. Ətrafınızdakı insanları razı salmaq üçün enerjiniz və xarakteriniz var.

Əkizlər - Ətrafınızdakı insanlarla qarşılıqlı hisslər üzərində səmimi münasibətlər qurmağınız çox vacibdir. Keşmişdə baş verənlərin gələcəyinizə sərhəd çəkməsinə imkan verməyin.

Hər hadisənin arxasında gizli məqamlar axtarırsınız və qəlbiniz şübhə ilə dolur. Ətrafdakı insanları öz şübhələrinizlə aşağılamayın

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Sakit və səbrli təbiətinizi üzə çıxaran uğurlu bir gün olacaq. Bu gün təfərrüatlara çox diqqət yetirəcəksiniz. Hadisələri fərqli şəkildə qavrayacaqsınız.

Ətrafdakı insanların problemlərini hiss edib dərdlərinə şərik olacaqsınız. Diqqətli davranışınız sizə rəğbət qazandıracaq.

Şir - Tutarlı qərarlar vermək üçün gözləməyi üstün tutacaqsınız. Adətən, təkəbbürlü və saymazyana qərarlarınız yanlış başa düşülməyinizə səbəb olurdu. Amma bu gün qərar verməzdən öncə daha diqqətlə düşünəcəksiniz. Belə davranışınız biznes bacarığınızı önə çəkən işlərdə işirak imkanı yarada bilər.

Qız bürcü Qız bürcü

Qız - İşgüzar əlaqələrinizin möhkəmlənmə ehtimalı var. Alacağınız təkliflərə araşdırıcı şəkildə yanaşacaqsınız. İdeyalara fərqli yanaşmağınız sizi maraqlı bir insana çevirir. Güclü dostluq hissləriniz olduğuna görə sizə etimad göstəriləcək.

Tərəzi - Kiçik məişət problemləri ortaya çıxa bilər. Amma xırda detallara aşırı sərt reaksiya verməyin. İradlarınız ətrafdakı insanları yaralaya bilər. Halbuki uğurlarınız məhz həmin insanlarla harmoniyada yaşamağınızdan asılıdır.

Əqrəb - Lazımsız yerə inadkarlıq etmək kimi xüsusiyyətiniz var. Ətrafdakılardan irad eşidəndə yanlış olduğunu bildiyiniz addımları da atmaqda israrlı olursunuz.

Amma bu gün yeni davranış tərzi göstərəcəksiniz. İradları təmkinlə dinləyib razılaşacaqsınız. Davranışınızda ortaya çıxan bu yenilik ətrafdakı insanlarla münasibətlərinizdə müsbət perspektivlər açacaq.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Bu gün gözləmədiyiniz yerdən dəstək alacaqsınız. Lazımsız saydığınız adamların əslində düşündüyünüz qədər də lazımız olmadığını anlayacaqsınız.

Perspektivləriniz öz davranışınızdan asılı olacaq. Aldığınız dəstəyi lazımınca qiymətləndirin.

Oğlaq - Maliyyə məsələlərində çox xırdaçılıq edirsiniz. Bu cəhətiniz müəyyən məqamlarda sizə uğur da gətirib. Bu gün də əsas cəhətləriniz məhz maliyyə məsələlərində üzə çıxacaq. Biznez məsələlərində uzaqgörən davranışınız yeni uğurların bünövrəsini qoya bilər.

Dolça - Əvəzolunmaz adam olduğunuzu düşünmək təkəbbürlü olmağınıza səbəb olur. Amma reallıqda heç kim əvəzolunmaz deyil. Ona görə də ətrafdakı insanlara, xüsusən də rəhbərliyə qarşı qırmızı xətti gözləyin.

Uğurlarınızda əməyi olan insanlara minnətdarlıq etməklə yeni uğurların yolunu aça bilərsiniz.

Balıq bürcü Balıq bürcü

Balıq - Başqalarının fikirlərini qəbul etmirsiniz. Haqlı olduqlarını bildiyiniz vəziyyətlərdə də inadkarlıqla mübahisə edirsiniz.

Amma bu gün məntiqdən uzaq fikirlərinizlə mübahisələrə girməyin. Sizi sevən yaxın insanların da səbri sonsuz deyil. Onların sizdən üz döndərməsinə şərait yaratmayın.

Həssas bir gündür. Sonradan aradan qaldırılması çətin olan nəticələr ortaya çıxa bilər.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »