Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nikol suyun qabağını kəsən əjdahadır, ölkəni viran qoyacaq" - Tevanyan
Nikol Paşinyan

"2020 Nikolun ili oldu",- deyə Ermənistanın "Politekonomiya" araşdırma institutunun rəhbəri Andranik Tevanyan bildirib.

Onun fikrincə, ölkəsi yenilə ilə keçə bilməyib: "Dünya artıq 2021-ci ildədir. Amma bizim ölkə yox! Bizdə hələ də 2020-dir. Yeni il gəlmədi. Nə qədər ki Ermənistandan satqınlıq, məğlubiyyət və rüsvayçılıq simvolunu silib atmamışıq, yeni ilə keçə bilməyəcəyik. 2020 Nikolun (Ermənistanın baş naziri Nikol Paşinyan - red.) ili oldu. O həmişə Qarabağa və qarabağlılara nifrət edirdi. Belə bir adam Türkiyə və Azərbaycan üçün tapıntı idi".

Andranik Tevanyan Andranik Tevanyan

Politoloq artıq Qarabağdan da əlini üzüb: "2020-də Paşinyanın rəhbərliyi altında Qarabağın dövlətçiliyini itirdik, qarabağlılar qaçqın oldular, odru yoxdur. Hamının diqqəti insan və ərazi itkilrindədir, amma unutmayaq ki, biz həm də milyardlarla dollar dəyərində texnka itirmişik. Bərpa prosesi böyük səylər və vəsait tələb edəcək".

Analitik öz ölkəsinin müstəqil olmadığını da vurğulayıb: "Ermənistana gəlincə, yalnız qəti olaraq şərti qaydada "müstəqil dövlət" alandırıla bilər. Çünki təhlükəsizliyimizi müstəsna olaraq Putin təmin edir. Türkiyə bizə meydan oxuyur, Azərbaycan isə yalnız Rusiya faktoruna görə Xankəndinə girmədi".

Onun fikrincə, Ermənistanın bütün istiqamətlərdə real itkiləri gizlədilir: "Nə qədər ki, Paşinyan baş nazir vəzifəsindədir, yalan, təslimçilik, tənəzzül davam edəcək. Nikol suyun qabağını kəsən əjdaha kimidir. Bütün ölkəni viran qoyacaq. O, başa düşür ki, onun müxalifəti hansısa partiya və ya qrup deyil, onun müxalifəti Ermənistan Respublikasıdır. O, indi Ermənistana qarşı mübarizə aparır, çünki bu ölkə ondan öz əməllərinin hesabını soruşur. Nikol hesab soran hər kəsi aradan götürmək istəyir ki, heç kim ona meydan oxuya bilməsin və Ermənistan həmişəlik uğursuz 2020-ci ildə qalsın. 2021-ci il o halda gələcək ki, Nikolun iştirakı olmadan hökumət yaradılsın".

Qeyd edək ki, müxalifət Paşinyanın istefasını tələb etsə də, o, istefa verməyəcəyini bildirib. Əvəzində baş nazir 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirməyi təklif edib. Amma müxalifət onun baş nazir olduğu dönəmdə parlament seçkilərinə getmək istəmir. Onların fikrincə, Paşinyan dövlətin resurslarından istifadə edərək seçkilərin nəticələrini öz partiyasının xeyrinə dəyişəcək.

İlham Əliyev, Nikol Paşinyan İlham Əliyev, Nikol Paşinyan

Müxalifət iddia edir ki, Paşinyan Prezident İlham Əliyev qarşısında gizli öhdəliklər götürüb və qarşıdakı 6 ay ərzində həmin öhdəliklərə tam əməl edəcək.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »