Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Türkiyə ilə bağlı açıqlaması hamını güldürdü
Nikol Paşinyan

Azərbaycan qarşısında aldığı yenilgidən sonra Ermənistanda həm hakimiyyət, həm də müxalifət gülünc açıqlamaları ilə istehza obyektinə çevriliblər.

Baş nazir Paşinyan da zaman-zaman belə açıqlamalarla diqqət mərkəzinə düşür. Müxalifət isə Paşinyanı İlham Əliyevin agenti adlandırmaqla və gizli razılaşma ilə Ermənistanı bütünlüklə Azərbaycana satmaqda ittiham etməklə gündəmə gəlir.

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar

Xəbər verdiyimiz kimi, 2021-ci ilin əvvəlindən başlayaraq Ermənistanda Türkiyə istehsalı olan malların idxalına qadağa qoyulub. Qardaş ölkəyə qarşı bu "ağır sanksiya"nın səbəbi isə Azərbaycana verdiyi dəstəklə bağlıdır.

Bizimyol.info xəbər verir ki, Ermənistanda həm birbaşa Türkiyədən alınan, həm də Gürcüstan və İran vasitəsilə idxal edilən bütün Türkiyə məhsullarının idxalına 6 ay müddətinə qadağa qoyulub. Bundan başqa, gömrük bəyannamə qaydalarına dəyişiklik edilib - bundan sonra istehsalçı və mənşə ölkələrin adları sənədlərdə göstərilməlidir. Bu o deməkdir ki, təkcə Türkiyənin özündə istehsal edilən məhsullar deyil, həmçinin başqa ölkələrdə istehsal olunan Türkiyə brendlərinin də idxalı 6 ay müddətinə dayandırılır.

Vaan Keropyan Vaan Keropyan

Məğlub ölkənin iqtisadiyyat naziri Vaan Keropyanın açıqlamasına görə, Türkiyə məhsullarının Ermənistana illik idxal həcmi təxminən 200 milyon dollardır. Bunun təxminən 70 milyon dolları geyim məhsullarının payına düşür. Qalan hissəsi isə kimya sənayesi məhsulları, elektrik avadanlıqları (soyuducular, qızdırıcılar və s.) və başqa mallardan ibarətdir.

Ümumilikdə Ermənistan bazarı Türkiyə üçün paktik olaraq sıfır əhəmiyyətə malikdir. Amma əksinə, Ermənistan üçün bu idxal kifayət qədər önəmli idi. Məhz Türkiyədən idxal hesabına Ermənistan əlverişli qiymətlərlə keyfiyyətli məhsullar əldə edə bilirdi. Yəqin ki, bundan sonra həmin idxalın yerini İran və Rusiyanın keyfiyyətsiz məhsulları tutacaq.

Amma Nikol Paşinyan bu qərarı öz vətəndaşlarının nəzərində şişirtmək üçün məzəli açıqlamalar verməkdən də çəkinməyib. Hətta Türkiyənin cüzi diqqətini belə çəkməyən qərarla bağlı açıqlama verən Paşinyan Türkiyəyə "şans" verməyi də unutmayıb: "Türkiyə bazarı sarsıldı. Əgər Türkiyə Azərbaycana verdiyi dəstəyi dayandırarsa, 6 aydan sonra bu qərarı təkrar gözdən keçirə bilərik".

Ankara, Türkiyə Ankara, Türkiyə

Paşinyanın bu açıqlaması dərhal sosial şəbəkələrdə "gülüş gündəmi"nə çevrilib. Baş nazirin Türkiyəni "sarsıtması" barədə açıqlama təkcə Azərbaycan, Türkiyə və Rusiya izləyiciləri tərəfindən ələ salınmayıb. Hətta Ermənistan vətəndaşları da sosial şəbəkələrdə Paşinyanın bu açıqlamasını ələ salaraq gülüblər. Onların özləri də etiraf ediblər ki, Türkiyə iqtisadiyyatının bu qərardan heç xəbəri də olmayacaq.

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçiləri meyitləri aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »