Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 3 yanvar, 2021
Bürclər

Bizimyol.info 2021-ci il 3 yanvar günü üçün ulduz falını təqdim edir:

Qoç - Münasibətlərinizdə yaşadığınız problemlərin şəxsi həyatınıza təsir etməsinə imkan verməyin. Bu gün yaxın münasibətləriniz olan insanların təsirinə məruz qala bilərsiniz. Başqalarının diktəsinə təslim olmadığınız kimi, ətrafınızdakı insanlarla da yumşaq davranın, əks halda sərt reaksiya ilə üzləşəcəksiniz.

Qoç bürcü Qoç bürcü

Buğa - Bu gün diqqətlə və qətiyyətlə hərəkət edəcəksiniz. Amma səbrli olmağı da unutmayacaqsınız. Özünüzə inamınız və diqqətli davranışınız ətrafdakı insanların rəğbətini qazanmağınıza səbəb olacaq.

Sevgi münasibətlərinizdə lazımsız şübhələrə çox da əhəmiyyət verməyin.

Əkizlər - Pulu sevirsiniz. Gözünüz tutan hər şeyi də əldə etmək istəyirsiniz. Amma ayağınızı yorğanınıza görə uzadın. Öküz ili təmkinsiz iddiaları sevmir.

Bu gün keçmişinizi şübhə altına ala bilərsiniz. Ancaq əvvəllər baş verənləri araşdırmağa çox da vaxt itirməyin. Həyatı hərəkətli və rəngarəng yaşamağa davam edin.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - İçinizdəki çılğınlıqları gizlətmək üçün qarmaqaışıq hisslər keçirirsiniz. Ağlınızdan çox çılğınlıqlar keçir. Bu gün həmişəkindən fərqli bir adam kimi davranacaqsınız.

Amma ehtiras və hisslərinizin sizi idarə etməsinə imkan verməyin. Bütün addımlarınızı iki dəfə düşünün.

Şir - Emosional cəhətdən əsəbi olacağınız bir gündür. Sevdiyiniz insanın sizi anlamadığını düşünə bilər və laqeydliyindən narazı qala bilərsiniz. Hirsli başla qərarlar verib lazımsız xərclərə pul sərf edə bilərsiniz.

Sadəcə, etiraf edin ki, çətin adamsınız və sizi başa düşmək asan deyil. Dürüst bir etiraf insanı sakitləşdirir.

Qız bürcü Qız bürcü

Qız - Emosional planda yaxşı niyyətlə etdiyiniz hansısa bir hərəkət tərəfdaşınız tərəfindən yanlış anlaşıla bilər. Amma israrlı olmalı və fikirlərinizi dəlillərlə əsaslandırmalısınız. İnsanları inandırmağı bacarırsınız. Niyyətiniz saf, əməliniz dürüst olduğuna görə özünüzə dost qazanmaqda da çəyinliyiniz yoxdur. Ağlınıza etibar etməlisiniz.

Tərəzi -  Sürətlə düşünməyi və düşüncələrinizi səlis ifadə etməyi bacarırsınız. Bu cəhətiniz sayəsində yaradıcılığınızla bağlı da heç bir çətinlik çəkmirsiniz. Bu gün də zehninizin gücü ilə uğur qazanacağınız bir gündür. İstedadınızı qiymətləndirin və gerçəkləşdirin.

Əqrəb - Yeni sərmayə yatırımları etmək üçün güclü bir istək hiss edəcəksiniz. Üstəlik, proseslər də arzuladığınız kimi inkişaf edir. Təmkinli olmalı və hər şeyi diqqətlə müşahidə etməlisiniz.

Bəzən kədərli və narahat ola bilərsiniz. Stress sağlamlığınıza neqativ təsir göstərir, bir az rahatlanın. Gəzintinin faydası ola bilər.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Seçim imkanları geniş olan bir insan olaraq ətrafınızdakılara qarşı təkəbbürlü davranırsınız. İstəklərinizin hər kəs tərəfindən qəbul olunmasında israrlısınız.

Amma bunun üçün istəkləriniz və fikirləriniz uğurlu olmalıdır. İdeyalarınızda tək özünüzü deyil, ətrafdakıları da nəzərə alın. O zaman dostlarınızdan da dəstək ala bilərsiniz.

Oğlaq -  Romantik münasibətlərdə çox dərindən düşündüyünüz üçün hadisələri arzuolunmaz istiqamətə yönəldirsiniz və sonra da çıxış nöqtəsinə qayıtmaqda çətinlik çəkirsiniz.

Bu gün bu mövzuda özünüzü müdafiə etməli olduğunuz situasiyada təmkinli olmalı və güzəştə getməlisiniz. İkitərəfli münasibətlərdə dərin fəlsəfə axtarmaq lazım deyil. Sadəcə, diqqətli və mehriban olsanız, həm də sevimli olacaqsınız.

Dolça bürcü Dolça bürcü

Dolça - Qohumlarınızdan xoş xəbər ala bilərsiniz. Maraqlı təklif də ola bilər. Diqqətinizi cəmləyib düzgün qərarlar verə bilsəniz, yeni həyatın başlanğıcı da ola bilər. Dostlarınız da sizə dəstək olacaqlar.

Pul məsələlərində probleminiz ola bilər. Amma çox da şişirtməyin. Çünki maliyyə problemlərinizin uzun sürəcəyi gözlənilmir.

Balıq - Həyatın təbii axınını anlamağınz lazımdır. Əsəbiləşmək, gileylənmək və başqalarını ittiham etmək həyatınızı yaxşılığa doğru dəyişdirə bilməz.

Həyaınız öz əlinizdədir. Başqalarının sizə qarşı münasibəti də özünüzdən asılıdır. İslahatlara özünüzdən başlayın. O zaman həyatınız da dəyişəcək. Ətrafdakı insanların da əslində pis adamlar olmadığını başa düşəcəksiniz.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »