Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbov erməni şahmatçını məğlub edib
Teymur Rəcəbov

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə start verilib.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov və Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətirib.

4 oyundan ibarət qarşılaşmada Teymur qalib gəlib. Üç görüşdə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanıb – 2,5:1,5.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayət edəcək.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. Turnirin qalibi 60 min dollar qazanacaq. (apa)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
Son xəbərlər
Bütün xəbərlər »